İltihaba faydalı bitki çayları
Orqanizmdə iltihabi proseslərin əmələ gəlməsinə bir çox şey səbəb ola bilər. Orqanizmdə iltihabi proseslərin olması orqnizmin müdafiə qüvvəsini azaldır və insanın digər xəstəliklərə qarşı olan müqavimətini aşağı salır. İltihab yerli olduqda qızartı, şişkinlik, ağrı ilə özünü biruzə verir. Amma ümumi iltihab əlamətlərinin olması qanda EÇS- in miqdarının yüksək olması ilə müəəyən edilir ki, bu da müxtəlif patologiyalara səbəb olur.
Aşağıda orqanizmdən iltihab əlamətlərini azalda bilən bitki çaylarından bir-neçəsinin adı qeyd edilib:
Çin bibəri çayı.
Çin bibərinin tərkibində olan kapsaisin maddəsi orqanizmdə olan iltihab əlamətlərini aradan qaldırır. Onun dəmləməsi orqanizmdən iltihabın sorulmasına səbəb olur.
Zəncəfil çayı.
Zəncəfil çayı ağrıkəsici və iltihabı aradan qaldırmaq qabiliyyətinə malikdir. Tərkibində olan ginderol, paradol, zingeron orqanizmdə iltihabı əmələ gətirən enzimlərin məhv olmasına səbəb olur.
Reyhan çayı.
İltihabla mübarizəyə qarşı reyhan dəmləməsi ən yaxşı vasitələrdən biridir. Onun tərkibində olan ojenol maddəsi iltihabın aradan qalxmasında yardımçı olur.
Sarıkök dəmləməsi.
Sarıkök antioksidant tərkibi ilə orqanizmdə olan iltihabi proseslərin azalmasına səbəb olur.
Ağ söyüd qabığı.
Ağ söyüdün qabığında olan salisil maddəsi tərkibinə görə aspirinə bənzəyir. Onun dəmləməsi ağrıkəsici olmaqla bərabər, iltihab əleyhinə də təsir göstrir. Hətta bəzi araşdırmaçılar söyüd qabığının aspirindən daha uzun müddətli təsirə malik olduğunu söyləyir.
Gicirtkən dəmləməsi.
Gicirtkən dəmləməsi orqanizmdə olan iltihab əmələ gətirən kimyəvi birləşmələrin miqdarını azaldır. Bu səbəbdən də uzun müddət gicirtkən dəmləməsi içənlərin orqanizmdəki iltihabi xəstəliklərin əlamətləri azalır.
Mütəxəssislər bitki çaylarından istifadə edilən zaman həkimlə məsləhətləşməyi tövsiyyə edir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"İltihaba faydalı bitki çayları" haqqında müzakirə