Papilloma
Papilloma
Papilloma uşaqlıq boynunun fon xəstəliklərinin nadir formalarından olub, stromanın və buynuzlaşmış çoxqatlı yastı epitelin ocaqlı artması ilə xarakterizə olunur. Xəstəlik insan papillomavirusu ilə əmələ gəlir. Papillomanın əmələ gəlməsində xlamidiya və trixomonad infeksiyası da müəyyən rol oynayır. Uşaqlıq boynunun papllomavirus zədələnməsinin 3 növü ayırd edilir.
1. Klassik iti uclu kondilomalar
2. Yastı kondilomalar
3. Çevrilmiş kondilomalar
Makroskopik olaraq klassik papiloma rozetka formasında yerləşmiş çəhrayı və ya ağımtıl rəngli ziyilli artımlar şəklində təyin edilir. Papıllomanın histoloji quruluşu onun inkişaf quruluşundan asılıdır. Yastı kondilomalar dəri məməcik şəklində olur. Hesab olunur ki, xəstəliyi törədən virus və ya mikroblar cinsi əlaqə zamanı düşür. Bu xəstəliyə uşaqlıq yolunun xərçəngi olan qadınların demək olar ki, hamısında rast gəlinir. Çox vaxt xəstəlik gizli xarakter daşıyır. Papillovirusun gəzdiricisi olan insan belə xəstəliyin olduğunu hiss etmir. Xəstəlik xərçəngönü xəstəliklərdən hesab edilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Papilloma" haqqında müzakirə