UŞAQLIQ BOYNUNUN XƏRÇƏNGİ
Xəstəliyin müalicəsində əldə edilən nəaliyyətlərə baxmayaraq, uşaqlıq boynunun xərçəngi qadın cinsiyyət üzvlərinin bədxassəli şişləri arasında birinci yeri tutur. Ən çox 50 yaş və 50 yaşdan yuxarı qadınlarda rast gəlinir. Uşaqlıq boynunun xərçənginin 2 forması ayırd edilir:
– yastıhüceyrəli xərçəng
– adenokarsinoma
Xəstəliyin müalicəsi qeyri-qənaətbəxşdir. Şiş prosesinin yayılmasından asılı olaraq uşaqlıq boynunun xərçəngi kliniki mərhələlərə ayrılır. Mərhələlər xərçəngin başlaması mərhələsindən uzaq metastazlara qədərdir.
Bir qayda olaraq xəstələrdə aşağıdakı əlamətlər meydana çıxır:
– bel və böyrək nahiyyədə ağrılar
– titrətmə
– arıqlama
– qonşu orqanların funksiyalarının pozulması
DİAQNOZU: Xəstəliyə diaqnozun qoyulmasında rektoromanoskopiya, sistoskopiya, KT, MRT, angio və limfoqrafiyanın nəticələri əsas götürülür.
MÜALİCƏSİ: Uşaqlıq boynunun xərçənginin müalicəsi xəstəliyin mərhələlərindən asılı olaraq aparılır. Müalicə cərrahi, şüa, kombinəedilmiş və kompleks yolla aparılır. Xəstəliyin birinci mərhələsində operatv müalicə və yaxud şüa müalicəsi aparılır. Mualicə əksər hallarda qeyri-qənaətbəx olur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"UŞAQLIQ BOYNUNUN XƏRÇƏNGİ" haqqında müzakirə