UŞAQLIQ YOLUNUN EROZİYASI

  • Müəllif: elnare
  • Tarix: 29 dekabr 2016
  • Baxış sayı: 5 964
  • 0 rəy

UŞAQLIQ YOLUNUN EROZİYASI.
Eroziya -“dağıdıram” deməkdir. Uşaqlıq boynunun selikli qişasınn eroziyası aşağıdakı növlərə bölünür:
– anadangəlmə
– həqiqi
– sağalma mərhələsində olan
Həqiqi eroziyalarda uşaqlıq boynunun uşaqlıq yolu hissəsində epitel qatın olmadığı sahələr və birləşdirici toxumada iltihabi proses inkişaf edir. Uşaqlıq yolunun dövri ödemli olur, leykosit və limfositlərlə zəngin olan xırda hüceyrəli infiltirat aşkar olunur, qan damarları genişlənmiş və qanla dolu olur. Həqiqi eroziya düzgün olmayan formada olub, al-qırmızı rəngdə və tez qanqyan olur. Həqiqi eroziya nadir hallarda aşkar olunur. Belə ki, 1-2 həftə davam edub sonra sağala bilir.
Eroziyalar zamanı birləşmiş toxumalar qalınlaşır, iltihablı vəzlər ənələ gəlir. Bəzi hallarda bu vəzlər toxuma daxilinı keçir. Eroziyanın sağalma mərhələsində uşaqlıq boynunun uşaqlıq yolu hissəsi tədricən çoxqatlı epitel ilə örtülür. Vəzilərin axacağı bağlanır, onların daxilində sekret toplanır və kistaların əmələ gəlməsinə səbəb olur. Belə kistaların ölçüsü 1-2 sm-ə bərabər olur.
ƏLAMƏTLƏRİ: Xəstəliyin əsas əlaməti uşaqlıq yolundan gələn irinli-seroz ifrazatdır. Bəzən eroziyası olan şəxslərdə təmas qanaxmaları xəstəliyin əsas əlamətlərindən sayılır.
DİAQNOZ: Xəstəliyin diaqnozu əlamətlərinə əsasən və xəstəyə baxış zamanı müəyyən olunur.
MÜALİCƏSİ: Eroziyanın müalicəsi uşaqlıq yolunun və yanaşı gedən iltihablaşmanın müalicəsindən ibarətdir. Zədələnmiş nahiyyə müalicəyə tabe olmazsa eroziyalaşmış ektropionu plastik əməliyyat ilə müalicə etmək lazımdır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"UŞAQLIQ YOLUNUN EROZİYASI" haqqında müzakirə