UŞAQLIQ BORULARININ ŞİŞLƏRİ
Uşaqlıq borularının şişləri az təsadüf olunan patologiya olub, xoş və bədxassəli olmaqla 2 yerə bölünür.
Uşaqlıq borularının xoşxassəli şişlərinə aşağıdakılar aiddir:
-lipoma
– papiloma
– fibroma
– xondroma
– mioma
Uşaqlıq borularının kistaları adətən iltihabi proses nəticəsində əmələ gəlir. Boruların ampulyar və intersistal hissələrinə sekretin toplanması boruların şişkinləşməsinə səbəb olur.
Boruların mioması və fibroması adətən boruların intersistal hissəsində, papilloma isə ampulyar hissədə inkişaf edir. Papılomalar iri ölçüyə sahib olur.
Uşaqlıq borularının xərçəngi bircinsli və ikicinsli olur. Xəstəlik uşaqlıq və yumurtalığın yayılmış xəstəlikləri zaman meydana çıxır. Uşaqlıq borularının xərçəngi 40-55 yaşlarında qadınlarda təsadüf edilir. Xəstəlik zamanı borular zədələnir, assit inkişaf edir, bel limfa düyünləri böyüyür, müxtəlif orqanlarda metastaslar inkişaf edir.
KLİNİKASI: Xəstələr qarın boşluğunda ağrıdan şikayət edsirlər. Ağrı aşağı ətraflara yayılır, tutmaşəkilli olur, sonra isə küt və daimi xarakter daşıyır.
DİAQNOZU: Rektovaginal müayinə zamanı adətən birtərəfli, uşaqlığın yan tərəfində yerləşən törəmə əllənir. Diaqnoz cərrahi yolla xaric olunmuş uşaqlıq borusunun histoloji müayinəsinə əsasən qoyulur.
MÜALİCƏSİ: Müalicə uşqlığın artımlarla birlikdə ekstipasiyası və böyük piyliyin rezeksiyası ilə birlikdə aparılır.
Xəstəliyin proqnozu qənaətbəxş deyil.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"UŞAQLIQ BORULARININ ŞİŞLƏRİ" haqqında müzakirə