Kolposkopiya

  • Müəllif: elnare
  • Tarix: 29 dekabr 2016
  • Baxış sayı: 4 476
  • 0 rəy

Kolposkopiya.
Kolposkopiya 6-28 dəfə atrıq böyütməklə uşaqlıq boynunun uşaqlıq yolu hissəsinin, uşaqlıq yolu divarlarının və vulvanın kolposkop vasitəsilə müayinəsidir.
Müayinə iki üsulla aparılır:
*Sadə kolonoskopiya – bu zaman uşaqlıq boynu və xarici dəliyin forması, ölçüsü və selikli qişanın relyefi, rəngi, epitelinin sərhəddi təyin edilir.
*Genişləndirilmiş kolposkopiya zamanı 3% – li sirkə turşüsü məhlulu ilə uşaqlıq yolunun işlənməsi patoloji sahənin qan təchizatının xüsusiyyətini qiymətləndirməyə imkan verir. Normada stromaya aid olan damarlar sirkə turşusu təsirindən spazma uğrayır və görmə sahəsindən müvəqqəti olaraq itir. Divarları morfoloji dəyişikliyə uğramış, patoloji olaraq genişlənmiş damarlar açıq qalır və qan ilə dolu görünür. Sirkə türşusu testi zamanı epiteli şişir, zülallar ağımtıl rəng alır. Uşaqlıq boynunda ağ ləkə nə qədər qatı olarsa, epitelin zədələnmə dərəcəsi bir o qədər çox olur.
Ətraflı müayinədən sonra Şiller sınağı aparılır. Bu zaman uşaqlıq boynu 3% – li lyuqol məhlulu ilə islanmış tamponla silinir. Yastı epitelin sağlam hüceyrələri yod ilə tünd qəhvəyi rəngə boyanır, patoloji dəyişmiş və atrofiyalaşmış epiteli yodla rənglənmir. Beləliklə də epitelin patloji dəyişiklik zonası aşkar olunur və uşaqlıq boynunun biopsiyası üçün sahə müəyyən edilir.
Bu müayinə metodundan uşaqlıq boynunun və yolunun xoş və bədxassəli şişləri zamanı istifadə olunur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Kolposkopiya" haqqında müzakirə