DENS-terapiyası cihazları
Bu cihazların digər tibbi aparatlardan fərqləndirən 2 xüsusiyyəti vardır:
-geriyə dönən əlaqənim olması( cihaz orqanizmin vəziyyəti haqqında informasiyanı hesablayır)
-verilən vaxtda orqanizmin vəziyyətindən asılı olaraq impulsun daima dəyişmə forması.
Bu cihazların istifadəsinə əks-göstərişlər aşagıdakılardır :
-elektrik cərəyanını fərdi olaraq bədənin qəbul etməməsi
-implant kardiostimulyatorun olması
-epileptik status
-muxtəlif etiologiyalı və lokalizasiyalı törəmələrin olması
-kəskin qızdırmalı vəziyyətlər
-venaların trombozu
-kəskin psixi, alkohol və ya narkotik oyanmanın olması
Ev şəraitində istifadə olunan cihazlar bunlardır: DENAS, DENAS+, DiaDENS T, Dia DENS DT, LADOS, Osteo-DENS.
Bu aparatlar dəriyə ağrı zona və nöqtələrində təsir edərək ağrını aradan qaldırır, xəstə orqanların və bütövlükdə orqanizmin normal işini bərpa edir.
Beldə ağrının olması diqqət tələb edir və bu terapiyanın aparılmaslna bilavasitə göstəriş hesab olunur. DENS terapiya həmçinin osteoxondroz, kəskin radikulit tutmalarında, fəqərəarası disklərin zədələnməsində, əməliyyatlardan sonrakı periodlarda çox effektiv müalicə metodudur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"DENS-terapiyası cihazları" haqqında müzakirə