Böyrək xəstəlikləri zamanı ultrasəs dopleroqrafiyası
Böyrək xəstəlikləri zamanı ultrasəs dopleroqrafiyası.
Bu metod 1842-ci ildə İsveçrə alimi İ.Doppler tərəfindən kəşf edilmiş və onun şərəfinə ad almış fiziki fenomenə əsaslanır. Doppler effekti ondan ibarətdir ki, ultrasəs siqnalı hərəkət edən obyektdən siqnalın yayılma oxu boyunca əks olunduqda hərəkət sürətinə mütənasib olaraq dəyişir. Ultrasəs dalğalarını generasiya edən obyekt ötürücüyə doğru hərəkət etdikdə əks olunan siqnalların tezliyi artır və əksinə, uzaqlaşan obyektdən əks olunduqda - azalır.
Böyrək arteriyalarının vizualizasiyası və dopler informasiyasını almaq üçün müxtəlif yollardan istifadə edilir. Bu zaman böyrək arteriyalarına ön, arxa və yandan baxılır. Böyrək arteriyasının bütün boyunu müayinə etmək üçün polipozision üsuldan istifadə olunur. Qarın boşluğunda mayenin toplanması, damarların kalsifikasiyası, xəstənin artıq bədən çəkisi müayinəyə mane olan faktorlardır. Böyrək qan dövranı keyfiyyət və kəmiyyətcə qiymətləndirilir.
Böyrək qan dövranının keyfiyyətcə qiymətləndirilməsi üçün aşağıdakı göstəricilər nəzərə alınır:
- böyrək damarlarının keçiriliciyi(var və ya tutulub)
- damarların ölçüsü(norma, daralma, dilatasiya)
- damar divarının hərəkətliliyi (rigid, artıq hərəkətli)
- intima-mediya kompleksinin vəziyyəti (bərkliyi, qalınlığı, səthin forması, enliliyi)
- damardaxili dəyişikliklər (aterosklerotik deyenlər, tromblar, intimanın aralanması, anevrizmalar)
- perivaskulyar toxumanın vəziyyəti.
Böyrəyin qan dövranının kəmiyyətcə qiymətləndirilməsi üçün müxtəlif indekslər hesablanır. Bu üsulun köməyi ilə böyrək arteriyaları vizualizə olunur, onun diametri ölçülür, qan dövranı keyfiyyət və kəmiyyətcə öyrənilir və lazım olduqda yükləyici farmokoloji sınaqlar da aparılır, müalicənin təsiri yoxlamaq üçün müayinələr dinamikada təkralanır, alınmış nəticələr kontralateral böyrəyin müayinəsindən alınan nəticələrlə müqayisə edilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Böyrək xəstəlikləri zamanı ultrasəs dopleroqrafiyası" haqqında müzakirə