Böyrəklərin süzmə qabiliyyətinin pozulması

  • Müəllif: elnare
  • Tarix: 8 yanvar 2017
  • Baxış sayı: 2 777
  • 0 rəy

Böyrəklərin süzmə qabiliyyətinin pozulması.
Bir sıra böyrək xəstəlikləri və böyrəklərdən kənar patologiyalar böyrək filtirasiyasının azalmasına və ya artmasına səbəb olur.
Böyrək filtirasiyasının azalmasının əsas səbəbləri aşağıdakılardır:
1. Fəaliyyətdə olan nefronların sayının və böyrəyin filtirasiya sahəsinin azalması.
İnsanın böyrəklərində orta hesabla 2mln-a qədər nefron olur, yumaqcıqlarda olan filtirasiya edici kapillyarların ümumi sahəsi isə 1,5-2 kv m-ə bərabərdir. Xronik qlomerulonefrit, böyrək ateresklerozu, pielonefrit və b. xəstəliklər zamanı nefronların bir hissəsi tələf olur və onların yerinin birləşdirici toxuma elementləri əvəz edir. Beləliklə fəaliyyətdə olan nefronların sayı azalır ki, bu da böyrəklərin filtirasiya sahəsinin azalmasına və filtirasiyanın sürətinin azalmasına səbəb olur. Nefronların 80-90%-nin fəaliyyəti pozulduqda orqanizmdə ağır böyrək çatışmazlığı əlamətləri meydana çıxır. Yumaqcıqlarda olan kapilyar endotelinin və damarların orta qişasının proliferasiyası,  filtirasiyaedici membranın sklerozlaşması da filtirasiya sahəsinin azalmasına səbəb olan amillərdən hesab edilir.
2. Sidiyin böyrəklərdən axıb getməsini çətinləşdirən amillər.
Böyrək daşı xəstəliyi, prostat vəzin xəstəlikləri, sidik axarlarının və sidik kanalının daralması, sıxılması böyrəklərdən sidiyin axmasının çətinləşdirir. Bu zaman böyrəkdaxili təzyiq artır. Böyrəkdaxili təzyiq 40mmc.  süt-dan artıq olduqda filtirasiya tamamilə kəsilir və anuriya əmələ gəlir.
3. Böyrək qan dövranında arterial təayiqin azalması zamanı yumaqcıqlarda filtirasiya təzyiqinin azalmasına səbəb olur ki, bu zaman filtirasiya azalır.
4. Böyrək arteriyasının və arteriolların daralması zamanı böyrək yumaqcıqlarına qan az gəlir və bu da filtirasiya sürətinin azalmasına səbəb olur.
5. Qanın onkotik təzyiqinin artması susuzlaşma, damarlara çoxlu miqdar zülal preparatları yeridildiyi zaman baş verir. Bu proses filtirasiya təzyiqi azalır və baş verməsi sürəti ləngiyir.
Filtirasiya sürətinin artmasına səbəb olan amillər:
– gətirici amillərin tonusunun azalması
– böyrəklərdə qan dövranının sürətlənməsi
– aparıcı arteriyaların sürətinin artması
– qanın onkotik təzyiqinin azalması.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Böyrəklərin süzmə qabiliyyətinin pozulması" haqqında müzakirə