Normal böyrəklər necə olur
Sağlam şəxslərdə USM zamanı normal böyrəklərin uzunluğu 7,5-12 sm, eni isə 4,5-6,5 sm, qalınlığı 3,5-5,0 sm-dir. Böyrəklər arasında olan fərq isə 1-2 sm-dən çox olmamalıdır. Boylama istiqamətdə böyrək ovoid exoneqativ törəmə kimi vizualizasiya olunur, ətraf toxumalardan fərqlənir.
Böyrək sinusu böyrəyin mərkəzində yerləşərək, uzanmış şəkildə olub, artmış exogenliyə malikdir. Köndələn müayinə zamanı böyrəyin forması oval və ya dairəvi forma alır. Böyrəyin xarici səthində qalınlığı 1,5 mm olan exopozitiv fibroz kapsula təyin olunur. Ondan kənara ətraf piy toxuması aşağı exogen zona kimi vizualizasiya olunur.
Böyrək parenximası çox incə demək olar ki, anexogendaxili struktura malikdir. Bəzi hallarda böyrək kapsulası və sinus arasında çoxlu dairəvi exoneqativ törəmələr – böyrək piramidləri aşkar edilir. Onların diametrləri 0,5-0,9 sm-ə qədər olur. Normal hallarda böyrək parenximasının sahəsinin sinusun sahəsinə nisbəti 2:1 -ə bərabər olur.
Böyrək kasacıqlarında az miqdarda sidik olduqda onlar kiçik dairəvi exoneqativ, diametri normada 0,5 sm-dən çox olmayan törəmə kimi aşkarlanır.
Böyrək damarları qarının ön divarından köndələn, yaxud çəp istiqamətdə müayinə apardıqda təyin oluna bilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Normal böyrəklər necə olur" haqqında müzakirə