Böyrək biopsiyasına göstərişlər
Böyrəyin biopsiya olunmasına vacib göstərişlərdən biri kəskin böyrək çatışmazlığı xəstəliyinin olmasıdır.Çünki,morfoloji müayinə 70% xəstələrdə diaqnozu və müalicə taktikasını dəyişir.Böyrək funksiyalarının (filtirasiyanın) sürətli aşağı düşməsi,yəni son 3 ayda kreatinin qanda səviyyəsinin 2 dəfədən çox artması sürətli proqress edən qlomerulonefritin aşkarlanmasında həlledici rol oynayır.Bu zaman erkən və aktiv immunodepressiv terapiya (yüksək doza koprtikosteroidlər və sitostatiklər)nəinki xəstəliyin sabitləşdirilməsinə xidmət edir,hətta böyrək funksiyasını bərpa etməyə imkan verir.
Böyrəyin digər xəstəlikərində kliniki aşkarlığa baxmayaraq immunodepressiv terapiya xəstənin vəziyyətini və böyrək funksiyasını pisləşdirir.Kəskin böyrək çatışmazlığı zamanı kəskin nefretik və nefrotik sindromların olmasına əsasən,həmçinin böyrəklərdən xaric əlamətlərin aşkarlanmasına görə baş verir.Bu əlamətlər əsasən sistem vskulitləri və qırmızı qurd eşənəyi zamanı baş verir.
Biopsiyaya qədər kəskin böyrək çatışmazlığı olan xəstələrdə onun genezi inkar olunmalıdır.Belə ki,biopsiya aşağıdakı xəstəliklər zamanı əks göstəriş sayılır:
- apostematoz nefrit
- böyrək arteriyasının trombozu
- böyrək arteriyasının emboliyası
- sidik turşusu blokadası
- mieloma xəstəliyi
- sistem klerodermiya
- böyrək zədələnmələri
Dərman mənşəli və qeyri-dərman mənşəli kəskin böyrək çatışmazlığının fərqinin öyrənilməsində biopsiyanın rolu böyükdür.
Böyrək parenximasının xroniki diffuz xəstəliklərində biopsiyaya göstəriş kəskin nefretik və ya kəskin nefrotik sindromlar,həmçinin güclü sidik sindromu,arterial hipoertenziya,mötədil sidik sindromu,böyrək damarlarının patoloji dəyişiklikləri hesab olunur.
Böyrək biopsiyası aşağıdakı xəstəliklər zamanı məqsədəuyğun sayılır:
- sistem autoimmun xəstəliklər
- qırmızı qurd eşənəyi
- antifosfolipid sindrom
- amilodioz
- səbəbi məlum olmayan xroniki böyrək çatışmazlığı
- kəskin böyrək çatmazlığı
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Böyrək biopsiyasına göstərişlər" haqqında müzakirə