Sinus düyününün zəifliyi sindromu
Sinus düyününün zəifliyi sindromu dedikdə aparıcı ritm kimi sinus düyününün funksiyasının zəifliyi nəzərdə tutulur.
Sinus düyününün zəifliyi sindromu əsasən, sinus düyünündə və qulaqcıqlardakı üzvi dəyişikliklərlə əlaqədar, bəzən isə funksional olaraq meydana çıxır. Bu zaman sinus düyününün impuls əmələ gətirmə funksiyası zəifləyir və onların qulaqcıqlara yayılması pozulur.
Əmələ gəlmə mexanizmi:
Orqanik mənşəli
– sinus düyününü qidalandıran koronar damarda gedən sklerotik proses
– qulaqcıqlarda baş verən iltihabi proses
– distrofik dəyişikliklər
– qulaqcıqların genişlənməsi.
Funksional mənşəli
– vaqusun disfunksiyası.
Sinus düyününün əmələ gəlməsinə aşağıdakı xəstəliklər səbəb olur:
– miokarditlər
– miokardiodistrofiyalar
– kardiomiopatiyalar
– ürəyin işemik xəstəlikləri
– miokard infarktının erkən dövrü
– şəkərli diabet
– amiloidoz
– hemoxromatoz
– miksedema
– difteriya.
Xəstəliyə diaqnozun qoyulmasında EKQ-nin nəticələri əsas götürülür. Bu zaman kardioqrammada aşağıdakılar görünür:
– davamlı və uzun sürən bradikardiya
– ektopik ripmlərin paroksizmi
– supraventikulyar taxikardiya
– qulaqcıqların titrəməsi
– sinus düyününün qəfil dayanması
– idiovetrikulyar ritm
– bradikardiya-taxikardiya.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Sinus düyününün zəifliyi sindromu" haqqında müzakirə