Böyrəklərin amiloiduzu zamanı arterial təzyiq sindromu

  • Müəllif: redaktr
  • Tarix: 6 fevral 2017
  • Baxış sayı: 1 882
  • 0 rəy

 Böyrəklərin amiloiduzu zamanı arterial təzyiq sindromu
Böyrəklərin amiloidozu zamanı arterial təzyiq əksər hallarda xəstəliyin son mərhələsində meydana çıxır.Böyrəyin başqa xəstəliklərindən fərqli olaraq amiloidoz zamanı arterial təzyiq çox da ağır dərəcəyə çatmır,az hallarda hipertonik kriz verir.Bəzi hallarda böyrəküstü vəzin amiloidozu baş verdikdə hipertoniya baş verir və böyrəküstü vəzin çatışmazlığının başqa əlamətləri müşahidə olunur.Bu əlamətlərə aiddir:
- dəri büküşlərinin hiperpiqmentasiyası
- nəzərə çarpan əzələ zəifliyi
- mədə-bağırsaq pozğunluqları
Xəstəliyin ilkin dövrlərində mədə-bağırsq əlamətləri özünü biruzə verir.Xəstələrdə meteorizm,iştahsızlıq və s.özünü göstərir.Bu zaman müşahidə edilən ishal xəstələri zəif salır,su-duz mübadiləsinin pozğunluqları və arıqlama baş verir.İshalla əlaqədar olaraq ödemlər azala bilir,amma bağırsaqların amiloidozu inkişaf edir.
Böyrək amiloidozunun təzyiq sindromu zamanı orqanizmdə aşağıdakı patologiyalar baş verir:
- proteinuriya
- hipoalbinemiuriya
- hiperqlobunemiya
- hepatolienal sindrom
- ishal
Böyrəklərin amiloiduzu zamanı arterial təzyiq yüksəldiyi zaman bəzi rəngləyici maddələr dəriyə sürtüldükdə amiloid tərəfindən tutulduğu üçün bədənə vurulduqda sidiklə ifraz olunmur qana sorulur.
Xəstəliyə diaqnozun qoyulmasında ən dəqiq üsul böyrəklərin biopsiyasıdır.Diaqnozun dəqiqliyini tam təsdiqləmək üçün bəzən digər orqanların da biopsiyasına ehtiyac duyulur.
Müalicə xəstənin vəziyyətinin yaxşılaşdırılmasından,böyrək zədələnmələrinin aradan qaldırılmasından və arterial təzyiqin aşağı salınmasından ibarət olur.Müalicə zamanı nefrotik sindromun və böyrək çatışmazlığının aradan qaldırılması üçün müalicə vasitələrindən də istifadə edilir.
Gün ərzində 80-120 qram qara ciyəri şəkər tozu ilə qarışdırıb qəbul etdikdə 6-12 ay sonra xəstəliyin kliniki əlamətlərinin xeyli yaxşılaşdığı qeyd olunur.Amma bunun təsir mexanizmi hələ də açılmamış qalır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Böyrəklərin amiloiduzu zamanı arterial təzyiq sindromu" haqqında müzakirə