Dizcik düyününün nevralgiyası
Xəstəliyin törədicisi virusdur.Dizcik düyünü nevralgiyası üçün xarakterik olan 3 xüsusiyyət var:
- ağrı
- herpetik səpgilər
- düyünün innervasiya sahəsində hipesteziya
Periodik və ya daimi ağrılar əsasən qulaq nahiyəsindən başlayaraq ənsə,üz və boyuna irradiasiya edir.Dizcik düyününün inervasiya sahəsində səpgilər müəyyən edilir.Bu səpgilər təbil boşluğu,təbil pərdəsi,xarici eşitmə keçəcəyi,qulaq seyvanı,eşitmə kanalı hissəsi,dilçək,damaq,badamcıqlar və üz və başın tüklü hissəsində əmələ gələ bilir.
Dizcik düyününün yaxınlığından üz sinirinin hərəki lifləri keçdiyindən düyünün patoloji sindromuna sinirin zədələnməsi əlamətləri də əlavə edilir.Bu zaman xəstələrin dilinin 2/3 hissəsində dad pozğunluqlarından başqa aşağıdakı əlamətlər meydana çıxır:
- hiperesteziya
- eşitmə qabiliyyətinin pozulması
- eşitmə qabiliyyətinin azalması
- qulaqlarda səs
- horizontal nistaqm
- başgicəllənməsi
Xəstəlik bir neçə həftə davam edə bilir,bəzən daha da uzun çəkə bilir.
Dizcik düyününün nevralgiyasına diaqnozun qoyulması çətinlik törətmir.
Müalicə zamanı analgetiklərdən,B qrup vitaminlərdən istifadə edilir.Xəstəliyin ağır hallarında herpes zamanı aparılan müalicə kursu təyin edilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Dizcik düyününün nevralgiyası" haqqında müzakirə