Sinoaurikulyar düyün

  • Müəllif: redaktr
  • Tarix: 29 yanvar 2017
  • Baxış sayı: 1 854
  • 0 rəy

Sinoaurikulyar düyün
Sinus ritminin dəyişiklikləri
Normal halda sinus düyünü ürəyin işinə rəhbərlik edir.Yəni ürək əzələsi bu düyündə əmələ gələn bioelektrik impulslarının təsiri ilə yığılır.Sinus düyününün fəallığı ekstrakardial sinirlərlə də əlaqədardır.Simpatik və azan sinirlərin ürək şaxələri sinus düyününə daxil olur.Sinus ritminin dəyişikliklərini mexanizmlərinə görə 3 qrupa bölmək olar:
1 Ekstrakardial sinirlərin fəaliyyətinin dəyişməsi
Bunlara aiddir:
- vegetativ sinirlərin tonusunun fəaliyyətinin dəyişməsi
- beyin qabığının fəaliyyətinin dəyişməsi
- qabıqaltı nüvələrin fəaliyyətinin dəyişilməsi
- periferik sinir respiratorlarından verilən qıcıqların təsiri ilə ürək fəaliyyətində baş verən dəyişikliklər
2 Sinus düyününün ekstrakardial təsirlərə qarşı reaksiyasının dəyişməsi
Bu proses sinus düyününün funksional və üzvi pozğunluqları ilə əlaqədar olur.
3 Humoral dəyişikliklər
Humoral dəyişikliklər qanda hormonların,karbon qazının və oksigenin miqdarının dəyişməsi zamanı baş verir.Bəzi dərman maddələrinin qəbulu da sinus düyününün funksional halını dəyişdirə bilir.Sinus düyününün normal tezliyi 1 dəqiqədə 60-90 vurğuya bərabərdir.Vurğuların 90-dan çox olması sinus taxikardiyası,60-dan az olması isə sinus bradikardiyası adlanır.
Sinus taxikardiyası simpatik sinir sisteminin tonusunun artması və parasimpatik sinir sisteminin azalması ilə müşahidə edilir.Bu taxikardiya qızdırma,fiziki iş və endokrin sistemin xəstəlikləri zamanı baş verir.
Sinus bradikardiyasının əsas əlamətləri isə nəbzin seyrəkləşməsi ilə xarakterizə edilir.Sinus bradikardiyası sağlam adamlarda da müşahidə edilə bilir.Əsasən gərgin fiziki işlə məşğul olan adamlarda və idmançılarda rast gəlinir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Sinoaurikulyar düyün" haqqında müzakirə