Kretinizm

  • Müəllif: Dr.Nicat
  • Tarix: 22 yanvar 2017
  • Baxış sayı: 6 575
  • 0 rəy

Kretinizm
Qalxanabənzər vəzinin hipofunksiyası nəticəsində orqanizmdə maddələr mübadiləsi pozulur.Bu zaman orqanizmdə funksional və morfoloji dəyişikliklər baş verir.Adətən bu dəyişikliklər bir-biri ilə əlaqədar olur.Əvvəlcə mübadilə prosesi pozulur,onun ardınca funksional dəyişikliklər meydana çıxmağa başlayır.Morfoloji dəyişiklər funksional dəyişikliklərdən sonra baş verir.Əgər hipotrioz anadangəlmə olarsa, o zaman xəstəliyin əlamətləri daha ağır olur.Bu zaman xəstəlik uşaqların boy inkişafına təsir edir.Belə ki,hipotriozlu uşaqların boy inkişafı ləng gedir,onlarda ağıl zəifliyi olur.Borulu sümüklərin ləng inkişafına görə xəstnin bədən quruluşu qeyri - mütənasib olur.Xəstəliyin bu forması kretinizm adlanır.
Kretinlər hipofizar mənşəli cırtdanlardan sifətlərinin xarakterik görüşünə və bədən quruluşuna görə fərqlənirlər.Kretinizm zamanı başqa endokrin vəzilərin funksiyaları da pozulur.Buna görə kretinizmdən əziyyət çəkənlərdə cinsiyyət vəziləri inkişafdan qalır,onlarda amenoreya,oliqospermiya,azoospermiya olur.
Xəstəliyə diaqnozun qoyulması əlamətlərə və qanın analizlərinə əsaslanaraq quyulur.
Müalicə diaqnozun qoyulduğu gündən etibarən tireoid hormonunun təyini ilə başlanır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Kretinizm" haqqında müzakirə