Paroksizmal taxikardiya və növləri
Paroksizmal taxikardiya qəflətən başlayan və qəflətən qurtaran ürək vurğularının sayının dəqiqədə 140-250-yə çatmasıdır.Proksizmal taxikardiya düzgün ritm saxlanması ilə gedən ürəkdöyünmə tutmalarıdır.
Ürəkdöyünmənin mexanizmi:
1 Oyanma dalğasının təkrar daxil olması və dövri hərəkəti
2 Ürəyin keçirici sisteminin ektopik mərkəzlərinin hüceyrələrinin avtomexanizminin artması
Paroksizmal taxikardiyanın əmələ gəlmə səbəblərinə aşağıdakı xəstəliklər aiddir:
- kəskin miokard infarktı,miokarditlər,kardiopatiyalar,ürək qüsurları
- ürək əzələsinin müxtəlif xəstəlikləri
- əlavə anormal keçirici yolların olması
- qabarıq vegetativ-humoral pozğunluq
- vissero-kardial reflekslərin və mexaniki təsirlərin olması(mitral qapağın prolapsı,bitişmələr)
1 Qulaqcıq paroksizmal taxikardiyası
Bu zaman patoloji impulsların mənbəyi qulaqcıqlarda yerləşir və aşağıdakı səbəblərdən baş verir:
- idiopatik forma stenokardiya
- kəllə travması
- öd daşı xəstəliyi
- kəskin miokard infarktı
- arterial hipertenziya
- ürəyin revmatik qüsuru və s.
Qulaqcıq paroksizmal taxikardiyasına diaqnozun qoyulmasında EKQ-nin nəticələri əsas götürülür.Qulaqcıq taxikardiyanın əlamətləri aşağıdakılardır:
* qəflətən başlayan və qəflətən qurtaran,düzgün ritm ilə gedən ürək döyünmə tutmaları
* mədəcik kompleksindən azalmış,deformasiya olunmuş,ikifazalı və ya mənfi P dişinin olması
* bəzi hallarda arteriya venalarının keçiriciliyinin zəifləməsi və s.
2 Atrioventrikulyar paroksizmal taxikardiya
Düzgün ritm saxlanılması ilə gedir,qəflətən başlayır və qəflətən qurtarır.Bu zaman ürək 1 dəqiqədə 140-220-ə qədər qalxan tutma şəklində döyünür.
3 Mədəcik taxikardiyası
Əmələ gəlməsində miokardda və ya mədəciklərin keçirici sistemində oyanma dalğasının dövri hərəkəti əsas rol oynayır.Mədəcik taxikardiyası kəskin miokard infarktında,xroniki ürəyin işemik xəstəliyində,miokarditdə,kardiomiopatiyalarda meydana çıxır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Paroksizmal taxikardiya və növləri" haqqında müzakirə