Piano keks

  • Müəllif: elnare
  • Tarix: 15 yanvar 2017
  • Baxış sayı: 2 835
  • 0 rəy

Piano keks
Lazım olanlar:
* 2 ədəd yumurta
* 1 stəkan şəkər tozu
* 1 stəkan duru yağ
* 1 stəkan süd
* 1 stəkan un
* 1 paket qabartma tozu
* 1 paket vanil
* 3 xörək qaşığı kakao.
Keksi islatmaq üçün lazım olanlar:
* 1,5 stəkan süd
* 3 xörək qaşığı kakao.
Jele üçün lazım olalar:
* 3 stəkan süd
* yarım stəkan şəkər tozu
* yarım stəkan un
* 200 ml hazır krem (marketlərdə satılan).
Bəzəmək üçün lazım olan:
* kakao.
Hazırlanması:
Keksi hazırlamaq üçün yumurta və şəkər tozu 3-4 dəqiqə çalınır. Sonra keksi bişirmək üçün lazın olanlar qaba əlavə olurur və yenidən qarışdırılıb 175* isidilmiş sobada 25 dəqiqə ərzində bişirilir.
Jeleni hazırlamaq üçün bütün ərzaqlar (kremdən başqa) bir qaba tökülür və bişirilir. Soyuduqdan sonra vanil əlavə edilir.
Keks sobadan çıxdıqdan 5 dəqiqə sonra onu islatmaq üçün süd və kakao qarışdırılıb onun hər tərəfinə tökülür.
Jele tam soyuduqda krem ona əlavə edilir və mikserdə yaxşıca çalınır. Əgər evinizdə hazır krem yoxdursa, onda jeleyə toz krem şantini də əlavə edə bilərsiniz. Jele çalınıb tam hazır olduqda isladılmış keksin üzərinə eyni hündürlükdə yayılır. Bundan sonra jelenin üstünü kakao ilə örtmək lazımdır.
Keks soyuducuda ən az 12 saat saxlanıldıqdan sonra yeyilə bilər. Soyuducuya qoymazdan əvvəl keksin üstü streç ilə örtülməlidir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Piano keks" haqqında müzakirə