Avokado içində yumurta

  • Müəllif: elnare
  • Tarix: 15 yanvar 2017
  • Baxış sayı: 1 316
  • 0 rəy

Avokado içində yumurta.
Avokado içində yumurta orqanizmə protein və energi verən qidalardan sayılır. Bu sağlam qidalanmaya üstülük verənlər üçün əvəzolunmaz qida vasitəsi hesab edilir.
Lazım olanlar:
* 1 ədəd avokado
* 2 ədəd yumurta
* 1 dilim yağsız mal əti və ya toyuğun döş əti
* 1 çay qaşığı istiot
* 1 çay qaşığı duz
* 2 çay qaşığı zeytun yağı
* 1 çay qaşığı kəklikotu.
Hazırlanması:
1. Avokado ortadan bölünür və çəyirdəyi çixarılır.
2. Çəyirdəyin çıxarıldğı boşluq bir az da dərinləşdirilir.
3. Boşluğa zeytun yağı tökülür və kəklikotu səpilir duz və istiot əlavə edilir.
4. Yumurtalar boşluğa çırpılır.
5. Yumurtanın üzərinə xırda doğranıb, duz və istiot vurulmuş ət səpilir.
6. Avokado əvvəlcədən 160 dərəcə qızdırlımış sobada 15 dəqiqə müddətinə bişirilir.
Nuş olsun!
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Avokado içində yumurta" haqqında müzakirə