Yay tətilindən sonra uşaqları məkəbə necə hazırlamalı?
Sentyabr ayı gəldiyində valideyinləri düşündürən yeganə fikir yay tətilindən sonra uşaqları rejimə salmaq olur. Yay tətili boyu bütün gün həyətdə və kompyuter qarşısında oynamağa, istədiyi zaman yatıb durmağa vərdiş edən uşaqları dərs başlayan zaman birdən-birə rejimə tabe etmək çətin olur. Bəs bunun üçün nələr etmək lazımdır?
1. Yuxu saatını qaydaya salmaq.
Yay tətilinin son günlərində uşağınızın eyni vaxtda və normal saatda yatmağını təmin edin. Dərs başlamağa ən azı bir həftə qalmış buna əməl etsəniz uşağınızın yuxu rejimi normaya düşəcək.
2. Normal qidalanma.
Ailələr nə qədər diqqət etməyə çalısalar da yay tətili günlərində uşaqlarını normal saatda yemək yemələrinə nəzarət edə bilirlər. Çünki yuxu vaxtının pozulması və yay aylarında dondurma və meyvələrin qəbulu uşaqları mətbəxtdən uzaqlaşdırır. Dərs başlamamışdan əvvəl uşaqlarınızın nizamsız qidalanmadan, qızartma və şirniyyatlardan uzaq tutmaq məsləhətlidir. Artıq vaxtında və normal qidalanmanın zamanı çatıb.
3. Televizor və kompyuterdən uzaq durmaq.
Tətil boyu televizor və kompyuterin qabağında oturan uşaqları bu vərdişlərindən uzaq tutmaq çox çətin olur. Bunu birdən-birə eləmək çox çətin olur. Ona görə də siz dərs başlamağa 10 gün qalmış müxtəlif söhbətlərlə ,təbliğat xarakterli sözlərlə uşağınızı bu vərdişlərdən uzaqlaşdırmağa çalışın.
4. Yay tətili tapşırıqlarını yerinə yetirmək.
Uşaqlarınızın dərsdən uzaq durmaması üçün ona verilən yay tapşırıqlarını hər gün bir az yerinə yetirmək lazımdır.
5. Uşaqlarınıza güvəndiyinizi hiss etdirin.
Psixoloqlar valideyinlərinin güvənini hiss edən uşaqları daha sözəbaxan olduğunu söyləyirlər.
6. Uşaqlarınıza vaxt ayırın.
Çalışın tətilin son günlərinin ən azı 2 gününü uşaqlarınıza sərf edəsiniz. Bu onların diqqətini cəmləməyə kömək edəcək. Bu müddət ərzində arabir məktəb haqqında da sohbət edə bilərsiniz.
7. İstirahət.
Dərs qabağı uşaqlarınızın yorulmasına yol verməyin. Çalışın tətilin son günlərini çox yorulmasın.
8. Məktəb ləvazimatları.
Uşağınız üçün alacağınız məktəb ləvazimatlarını onunla bilrlikdə alın. Kitab və dəftərlərinin, paltarlarının alındığı vaxt onun da fikirlərini öyrənməyə çalışın.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Yay tətilindən sonra uşaqları məkəbə necə hazırlamalı?" haqqında müzakirə