Birinci sinifə uşaq aparan valideyinlərə məsləhət

  • Müəllif: elnare
  • Tarix: 13 yanvar 2017
  • Baxış sayı: 1 921
  • 0 rəy

Birinci sinifə uşaq aparan valideyinlərə məsləhət
İlk dərs günü məktəbin həyətində ağlayan uşaqları yəqin ki, hamınız görmüsünüz. Məktəb həyətinə ilk dəfə qədəm basan birinci sinif şagirdləri bəzən dərs ilinin ilk günlərində saatlarla ağlayırlar. Bunun səbəbi daima valideyinin qayğısı və nəzarəti altında böyüyən azyaşlının birdən-birə məktəbdə valideyinsiz və bir çox tanımadığı uşaqlarla yeni məkanda tək qalmasıdır. Bəs bu zaman valideyinlər öz uşaqları ilə necə rəftar eləməlidir? Bu barədə bəzi psixoloqların məsləhətlərini sizinlə bölüşmək istəyirəm.
*Övladını ilk dəfə məktəbə aparan valideyin soyuqqanlı və qətiyyətli olmalıdır. O öz övladına əvvəlcədən məktəbin onun həyatında böyük rol oynayacağını və faydalı olacağını başa salmalıdır.
* Valideyin övladını sinif yoldaşları və müəllimlərlə olan münasibətlər barədə maarifləndirməli və bu münasibətlərin yaxşı olması yolunda uşağını dəstəkləməlidir.
*Valideyin uşağını müəlliminə təhvil verdikdən sonra orada uzun müddət dayanmamalıdır.
* Məktəbə getməsi və ondan ayrılan zaman uşağına qarşı kobud olmamalıdır.
* Məktəbə getmək barədə evdə uşağını cəsarətləndirməlidir.
* Valideyin ilk dəfə məktəbə qədəm basacaq övladına məktəbin bütün uşaqlar üçün vacıb olduğunu və bu yolu hamının keçdiyini söyləməlidir.
* Valideyin azyaşlı övladında güvən hissi oyatmalıdır. Övladına “həmişə yanında olacağam”, ”buralardayam” kimi sözlər deyib onun güvənini qazanmalıdır.
*Valideyin hər gün azyaşlı uşağını məktəbə ötürdükdə, ona dərsin sonunda gəlib səni götürəcəyəm sözünü deməlidir ki, dərs boyu uşaq özünü güvənli hiss eləsin.
*Valideyin övladının hər hansı bir pis hərəkətində ona başqa bir usağa misal göstərməməlidir.
Yuxarıda yazılanların birinci sinifə uşaq aparan hər bir valideyinə kömək edəcəyindən əminəm. Yox əgər dərs başlayan müddətdən bir-neçə həftə keçməsinə baxmayaraq uşaq hələdə ağlayır və təkidlə məktəbə getmək istəmədiyini deyirsə, onu uşaq psixoloquna aparmaq lazımdır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Birinci sinifə uşaq aparan valideyinlərə məsləhət" haqqında müzakirə