Uşaqları gec yuxuya gedən analar mütləq oxusun. Körpələrin asan yuxuya getməsi və rahat yatması üçün aşağıdakılara əməl etmək lazımdır.
- Müəllif: elnare
- Tarix: 28 aprel 2017
- Baxış sayı: 14 778
- 0 rəy
Uşaqları gec yuxuya gedən analar mütləq oxusun. Körpələrin asan yuxuya getməsi və rahat yatması üçün aşağıdakılara əməl etmək lazımdır.
- 1. Körpəniz gec yuxuya gedirsə o zaman onu massaj edin. Massaj ona nağıl dolu yuxu bəxş edəcək.
- 2. Bitkilərdən hazırlanmış dəmləmələr böyüklərlə yanaşı uşaqlara da sakitləşdirici təsir göstərir. Amma, uşağınıza bitki dəmləməsi verməzdən əvvəl mütləq allerqoloqla məsləhət etməniz lazımdır.
- 3. Gündəlik rejimi normallaşdırmaq gecə yuxusunun normal olmasına səbəb olur.
- 4. Hər gün eyni vaxtda yatmaq tez yuxuya getməyə səbəb olur.
- 5. Eyni çarpayıda və eyni yataq dəstində yatmaq uşağın tez və rahat yuxuya getməsinə səbəb olur.
- 6. Yatmazdan 1 saat əvvəl oyuncaqlardan və oyunlardan, emosional hadisələrdən uzaq durmaq tez yuxuya getməyə və sakit yatmağa səbəb olur.
- 7. Yatmazdan əvvəl açıq havada gəzintidə olmaq uşağın tez yuxuya getməsinə səbəb olur.
- 8. Uşağınıza yatmazdan əvvəl kitab oxumaq onun tez yuxuya getməsinə səbəb olur.
- 9. Otağın işıqlanmasının zəif olması uşağın rahat yatmasına səbəb olan amillərdən biridir.
- 10. Sakit otqada yatmaq uşağın uzun müddət yatmasına səbəb olur.
- 11. Uşağınız südəmərdirsə o zaman uzun müddət yatması üçün onu yatmazdan əvvəl əmizdirin.
- 12. Uşağınıza laylay deyərək onu sığallamaq tez yatmasına səbəb olur
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Uşaqları gec yuxuya gedən analar mütləq oxusun. Körpələrin asan yuxuya getməsi və rahat yatması üçün aşağıdakılara əməl etmək lazımdır." haqqında müzakirə