Uşaqlar nə üçün aqressiv olurlar?Amillər

  • Müəllif: sahane
  • Tarix: 7 fevral 2018
  • Baxış sayı: 4 926
  • 0 rəy

Əsəb nəzarəti uşaqlıq illərində formalaşan xüsusiyyətdir.

Bəs uşaqların hirsli, əsəbi, aqressiv olmalarına səbəb nədir?


İmmunitet.az xəbər verir ki, ailəsi tərəfindən döyülmək xüsusi faktordur. Uşaq döymək heç bir problemin həlli deyil. Bu onun həyatına təsir edərək gələcəkdə həyatında sınayar.

Ailəsi və müəllimi tərəfindən diqqət görməməsi də buna səbəb yarada bilər. Belə vəziyyətdə diqqət çəkmək üçün hirsli olaraq aqressiyadan istifadə edərlər.

Şiddət göstərən filmlər, dava görüntüləri uşağın əsəbi olmasına təsir göstərir. Amerikada aparılan araşdırma nəticəsində musiqi kliplərinin 80 faizinin tərbiyəyə zidd olduğu, bunun da uşaq və yeniyetmələri pis yönləndirdiyi təsdiq olunub.

Uşağınızın fiziki qüsuru varsa bu zaman da özünə qarşı aqressiv hərəkətlər edə bilər.

Qız uşaqları da oğlanlar qədər şiddətə meyllidirlər. Uşaqlara əmr vermək, onlarla hökm verici danışmaq onlara mənfi təsir göstərər.

Nə edilməlidir?


Uşağınızın ehtiyaclarını sona buraxmayın. İstədiyini verdiyiniz zaman da onunla maraqlanın.

Uşağın hər hirsli davranışına hiddətli cavab tərzi düz deyil. Məqbul sayılan istəklərini yerinə yetirməyə çalışın.

Uşaqlara haqsız cavab verməyin. Onlara qarşı ədalətli olun.

Onlara dəyərli olduqlarını hiss etdirin.

Əgər uşağınızın əsəbi davranışı pik həddə çatıbsa mütləq uşaq psixoloquna müraciət etməlisiniz.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Uşaqlar nə üçün aqressiv olurlar?Amillər" haqqında müzakirə