Uşaqlarınızın zərərli vərdişləri varmı?
1. Uşaqlarınızı zərərli vərdişlərdən uzaq tutmaq üçün onların daxili aləminə yaxın olmağa çalışın və uşaqlarınıza örnək olun.
2. Uşaqlarınızın zərərli vərdişləri olub-olmadığını bilmək üçün daima nəzarətdə saxlayın.
3. Vaxtaşırı uşaqlarınızla zaman keçirin, onları özünüzə yaxın hiss etdirin.
5. Uşaqlarınıza lazım olduğundan artıq pul verməyin. Həmin pullar xoşagəlməyən şeylərə xərclənə bilər.
6. Siqaret çəkən, spirtli içki qəbul edən ailə başçısı onların zərərləri barədə ailədəki uşaqları mütləq məlumatlandırmalıdır.
7. Uşağınızın dostları və çevrəsi barədə məlumatınız olsun. Onların kiminlə vaxtlarının keçirəcəyini mütləq bilin.
8. Ailənizin, uşağınız üçün isti ocaq təsiri bağışlamasına çalışın.
9. Uşağınızın üsyankar və sözə baxmayan olmasının səbəbini aydınlaşdırmağa çalışın.
10. Uşaqlarınız arasında fərq qoymamağa çalışın. Bu onların əsəsblərinə toxunar və zərərli vərdişlərə meyl edə bilərlər.
11. Uşaqlarınızın davranışlarını, huylarını, düşüncələrini başa düşməyə çalışın.
12. Uşaqlarınızı ya öz iş yerinizdə, ya da etibar etdiyiniz birinin yanında işə qoyun. O, həm işin çətinliyinə öyrəşər, həm də sizin əziyyətinizin qədrini bilər.
13. Evinizdə bəzi qanunlar qoyun və ailədə hamının bu qanunlara əməl etməsini tələb edin.
14. Uşaqlarınızla aranıza sərhəd qoymayın. Çalışın onlar, özünü sizə yaxın hiss etsin.
15. Uşaqlarınızın bacarıqları varsa əngəl olmayın. Bu əngəl uşağınızı sizdən soyuda bilər.
Bütün uşaqların sevgiyə, şəfqətə, qayğıya, köməyə ehtiyacı var. Çalışın onların ehtiyaclarını ödəyin.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Uşaqlarınızın zərərli vərdişləri varmı?" haqqında müzakirə