Orqanizmi qışa necə hazırlamalı?

  • Müəllif: elnare
  • Tarix: 29 dekabr 2016
  • Baxış sayı: 1 753
  • 0 rəy

İsti yay fəsli öz yerini sərin və küləkli payıza verdikcə havalar soyumağa başlayır. Bütün canlı təbiət, o cümlədən insanlar soyuqlar düşdükcə təbii olaraq üşüyür. Küləklərin artması və yağan yağışlar zəif orqanizmi olan və xəstə insanları daha çox narahat edir. Nəzərə alsaq ki, payız mövsümündə bir çox xroniki xəstəliklər baş qaldırır və insanlar kəskin respirator virus xəstəliklərinə qarşı daha həssas olurlar. Deməli onların bu mövsümə hazır olmaları gərəkdir. Bu hazırlıq insanın bədənini, payız və qış aylarının soyuğuna, xəstəliklərinə qarşı qoruyucu rol oynamalıdır.
“Sağlam bədəndə sağlam ruh olar” prinsipindən yararlanmaq bu baxımdan çox doğru səslənir. Siz də həm bədəninizin, həm də ruhunuzun sağlam olması üçün bəzi qaydalara əməl etməlisiniz. Bu qaydalar sizin immun sisteminizi möhkəmləndirəcək və xəstəliklərə qarşı müqavimətinizi atrıracaqdır. Bəs bu qaydalar hansılardır?
1. Gündəlik qəbul etdiyiniz qidaların 70-80%-i meyvə və tərəvəzdən ibarət olmalıdır.
2. Qəbul etdiyiniz meyvə və tərəvəzlər yerli və təbii üsullarla becərilmiş olmalıdır.
3. Qəbul etdiyiniz qidaların 20%-i turş olmalıdır.
4. Tərəvəzlər yalnız bişirildiyi gün yeyilməlidir.
5. Tərəvəzləri qızartmaq əvəzinə buxarda bişirilsə, daha yaxşı olar.
6. Ən keyfiyyətli yemək süfrəsi səhər açılmalıdır.
7. Günorta yeməyi orta ağırlıqda olmalıdır.
8. Axşam yeməyi zəif olmalıdır.
9. Sakitləşdirici musiqi sədaları altında yemək daha məqsədə uyğun sayılır.
10. Yay aylarında bol meyvə və tərəvəz yeyilməlidir.
11. Hər bir meyvə və trəvəz öz mövsümündə yeyilməlidir.
12. Rafinadlaşdırılmış qidalardan uzaq durmaq lazımdır (şəkər, un, düyü).
13. Gündəlik həyat tərzinizdə hərəkətiniz azdırdsa, qidanızı da azaltmalısınız.
Yuxarıda yazılanlardan başqa immun sisteminizi artırmaq üçün daha bir-neçə məsləhətə əməl etməniz lazımdır:
– Yuxu sisteminizi normaya salmaq lazımdır. Unutmaq lazım deyil ki, qarşıdan qış gəlir və qışda sizin gecə yuxunuz çox olacaq.
– Gününüzü rejimə salsanız yaxşı olar. Eyni saatda yuxudan durmaq, eyni saatda yemək və s.
– Zehni işlə məşğul olan adamlar arada bir dərindən nəfəs almalıdır.
– Sakit olmağa çalışmaq lazımdır. Ətrafdakıların hər sözünə diqqət yetirmək lazım deyil.
– Stressdən qaçın və sakit həyat tərzinə üstünlük verin.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Orqanizmi qışa necə hazırlamalı?" haqqında müzakirə