Hiperparatireoz

  • Müəllif: elnare
  • Tarix: 13 yanvar 2017
  • Baxış sayı: 3 239
  • 0 rəy

Hiperparatireoz
Ümumi məlumat:
Paratireoid vəzlər artıq miqdarda parathormon ifraz etdikdə orqanizmdən kalsium və fosforun xaric olması artır. Sümüklərdə əhəmiyyətli dəyişikliklər baş verir, kalsium müxtəlif orqan və toxumalara çökür. Hiperparatireoz birincili və ikincili olur.
Səbəbləri:
Birincili hiperparatireoz zamanı vəzilər tərəfindən artıq miqdarda parathormon ifraz olunur. Parathormon fosforun böyrək kanalcıqlarından geri sorulmasını ləngidir və qanda onun səviyyəsi aşağı enir. Kalsiumun səviyyəsi isə artır və o, toxumalara çökür.
İkincili hiperparatireoz böyrəklərin xroniki xəstəliklərində, böyrək raxitində, Fankoni sindromunda rast gəlinir. Əsasən əksər hallarda bu xəstəliyin səbəbi qalxanabənzər ətraf vəzin hiperplaziyasıdır. Vəzin adenoması nəticəsində də belə hal yaranır.
Simptomları:
Uşaqlarda əzələ zəifliyi, qəbizlik, iştahanın zəif olması, qusma, ürəkbulanma, sümüklərdə ağrı, tez-tez sümük sınıqları olur. Qanda hiperkaisiuriya, sidikdə hiperkalsiuriya, hiperfosfaturiya aşkar olunur. Hiperkalsiuriya nəticəsində böyrəklərdə kalsifikasiya, hematuriya, sidik axarlarının tutulması baş verir.
Diaqnostika:
Diaqnozu təsdiq etmək üçün həkim-endokrinoloqa müraciət etmək lazımdır.
Həkim biokimyəvi analizlər, rentgenoloji müayinə ilə diaqnozu təsdiq edir.
Müalicəsi:
Cərrahi müdaxilə vasitəsilə adenoma və qalxanabənzər ətraf vəzlərin hiperplaziyası aradan götürülür.
Proqnozu:
Xəstəliyin səbəbindən asılıdır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Hiperparatireoz" haqqında müzakirə