Uremiya

  • Müəllif: redaktr
  • Tarix: 29 yanvar 2017
  • Baxış sayı: 7 884
  • 0 rəy

Uremiya
Uremiyanın baş verməsinə elektrolit mübadiləsinin pozulması və mübadilə asidozu səbəb ola biir.Uremiyanın bəzi klinik əlamətləri böyrəyin zəifləmiş funksiyalarının dəri,selikli qişalar və həzm üzvlərinin fəaliyyəti hesabına kompensasiya edilir.Böyrəklərin funksiyası pozulduğuna görə,azotlu metobolitlər orqanizmdən dəri vasitəsilə ifraz edilir.Bu xəstələrdə əzabverici qaşınmaya səbəb olur.Tənəffüs yollarının və ağız boşluğunun selikli qişasından xaric edilən sidik cövhəri bakteriyaların ferment sistemlərinin təsiri ilə parçalanır.Bunun nəticəsində xəstənin ağzından xarakterik iy gəlir.Bu uremiya qoxusu adlanır.Sidik cövhəri və başqa azotlu birləşmələr həzm sisteminin selikli qişalarından xaric olunub,bağırsaq bakteriyalarının təsiri ilə parçalanır.Bu zaman bağırsaqlarda əmələ gələn ammonyak və ammonium duzları mədə və bağırsaqların selikli qişasının qıcıqlandırır və uremik qastrit və kolit meydana gəlir.Uremik qastrit və uremik kolit aşağıdakı əlamətlərlə xəstəni narahat edir:
- ürəkbulnama
- qusma
- ishal
İfraz edilən metobolitlərin tənəffüs yollarına təsiri nəricəsində laringit,traxeit,bronxit,ağız boşluğunun iltihabı xəstəlikləri(qinqvit,stomatit)və nekroz inkişaf edir.
Uremiya zamanı azotlu üzvi maddələrin seroz qişalardan ifraz edilməsi və onları qıcıqlandırması nəticəsində plevrit,pankreatit və peritonit əmələ gələ bilir.
Uremiya zamanı qanda kalsiumun miqdarının azaldığına görə xəstələrdə qeyri-iradi əzələ yığılmaları baş verir.Hipokalsiemiya qalxanabənzər ətraf vəzilərin fəaliyyətinin stimulyasiya edir .Kalsium çatışmazlığının baş verməsinə görə xəstələrdə kalsium mübadiləsi pozulur və osteoparoz inkişaf edir.Belə xəstələrdə tez-tez sümük sınıqları baş verir.
Uremiya mərkəzi sinir sisteminin də pozulmasına səbəb olur.Belə xəstələr tez-tez baş ağrısından şikayət edir ,onların görmə qabiliyyətləri tədricən zəifləyir,onlarda halsızlıq olur.Uremiyalı xəstələrin yuxu və yaddaş problemləri daima ön planda olur.
Belə xəstələrin sümük iliyində də patoloji proseslər baş verir.Uremiya zamanı qanın laxtalanma qabiliyyəti pozulur,kapillyarın keçiriciliyi artır.
Uremiyalı xəstələrin ömrünü uzatmaq məqsədilə süni böyrəkdən(hemoliz) istifadə edilir.Xroniki böyrək çatışmazlığı səbəbli baş verən uremiya zamanı böyrəklərdə geridönməz proseslər baş verdiyinə görə əsas məqsəd xəstənin ömrünün uzadılmasına yönəlir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Uremiya" haqqında müzakirə