Konn sindromu

  • Müəllif: elnare
  • Tarix: 8 yanvar 2017
  • Baxış sayı: 4 817
  • 0 rəy

Konn sindromu
Konn sindromu böyrəküstü vəzin qabıq madəsinin yumuşacıq zonasının şişidir. Xəstəliyə 30-50 yaşlı adamlarda, ən çox qadınlarda rast gəlinir. Damardaxili mayenin miqdarının və natriumun konsentrasiyasının artması, böyrək yumaqcıqlarının arteriyalarının reseptorlarına təsir edərək reninin sitezini ləngidir. Ona görə də Konn sindromu zamanı reninin və agiotenzin II səviyyəsi aşağı düşür.
İkincili hiperaldesteronizm hiopertoniya xəstəliyi və böyrək hipertenziyalarında aldosteronun daimi yüksək sekresiyası renin- angiotenzin-aldosteron sisteminin aktivliyinin artması nəticəsində vaş verir. Bu hal xəstənin orqanizmində ödəmlərlə müşayiət olunur.
Xəstəliyin əmələ gəlməsində böyrəküstü vəzi şişinin aldosteron hipersekresiya etməsi əsas rol oynayır. Bu zaman hüceyrə membranının keçiriciliyi artır, damar divarındakı saya əzələlərin ödemi, şişməsi baş verir, damarın mənfəzi daralır. Digər tərəfdən natriumun bədəndə saxlanması simpatik sinir sisteminin tonusunu artıraraq katexolaminlərin əmələ gəlməsini artırır.
Xəstəliyin əsas əlamətləri: yüksəktəzyiq, hipokaliemiya, hipernatriemiya, hiperoreninemiyadır. Arterial təzyiq yüksək olduğuna görə xəstənin göz dibində dəyişikliklər müşayiət olunur. Xəstələrdə sidik vasitəsilə kaliumun xaric olunması əzələlərdə qıcolmaya səbəb olur. EKQ-də dəyişikliklər baş verir.
Diaqnoz: USM, KT-nin nəticələrinə və sidiyin analizlərinə əsaslanaraq qoyulur.
Müalicə aldosteronun çıxarılmasından ibarətdir. Bəzi hallarda konsarvativ müalicə aparılır. Xəstələrə aldakton və veroşpiron verilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Konn sindromu" haqqında müzakirə