Sidikdə qlükozanın təyini

  • Müəllif: redaktr
  • Tarix: 12 fevral 2017
  • Baxış sayı: 12 791
  • 0 rəy

Sidikdə qlükozanın təyini
Sağlam adamın sidiyində qlükozanın miqdarı çox az olur.Bu miqdar 0,03-0,15q/l arasında dəyişə bilir.Sidikdəki bu miqdarda olan qlükoza adi keyfiyyət sınaqları ilə təyin edilir.Sidikdə qlükozanın olması qlükozuriya adlanır.Bu iki halda ola bilir:
1 fizioloji
2 patoloji
Böyrəklərin normal fəaliyyəti zamanı qanda qlükozanın qatılığı yüksəldikdə,yəni hiperqlikemiya baş verdikdə qlükozuriya baş verir.Qanda qlükozanın böyrəkqapısı 9,9mmol/l-ə bərabərdir.Əgər qanda qlükoza bundan yüksək miqdarda olarsa qlükozuriya müşahidə olunur.
Fizioloji qlükozuriya aşağıdakı hallarda ola bilir:
- qida ilə çoxlu miqdar karbohidratlar qəbul etdikdə(alimentar)
- emosional gərginlikdən sonra(emosional)
- bəzi dərmanların qəbulu zamanı(kofein,kortikosteroid hormonlar)
Az hallarda böyrək qlükozuriyası (renal) müşahidə olunur ki,bunun da səbəbi böyrək kanalcıqlqarında qlükozanın sorulma mübadiləsinin pozulmasıdır.Bu hal hətta qanda qlükozanın normal konsantrasiyasında baş verə bilir.
Böyrək qlükozuriyasına birincili xəstəlik kimi renal diabetdə rast gəlinir.Xroniki nefritlər zamanı,nefrotik sindromda ikincili renal qlükozuriya əmələ gələ bilir.
Patoloji qlükozuriyaya çox vaxt aşağıdakı xəstəliklər zamanı rast gəlinir:
- şəkərli diabetdə(diabetik)
- tirotoksikozda(tirogen)
- İtsenko-Kuşinq sindromunda (hipofizar)
- qaraciyər sirrozunda
Qlükozuriyanın düzgün təyin edilməsi üçün(xüsusən şəkərli diabet xəstəliyində) gün ərzində yığılan şəkər təyin olunmalı və sidikdə gün ərzində itirilən şəkərin miqdarı hesablanmalıdır.
Sidikdə qlükozanın təyini Qaynes və Nelander sınağı,qlükozooksidaza sınağı və Altqauzenin kolorimetrik üsulu ilə aparılır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Sidikdə qlükozanın təyini" haqqında müzakirə