Böyrəklərdə fosfat daşları

  • Müəllif: elnare
  • Tarix: 8 yanvar 2017
  • Baxış sayı: 3 340
  • 0 rəy

Böyrəklərdə fosfat daşları
Fosfaturiya.
İnsan orqanizmində fosfor üzvi və qeyri-üzvi fosfatlar şəklində təmsil olunur. Qeyri-üzvi fosforun səviyyəsi orqanizmdə 1,0-1,45 mmol/ı-ə bərabərdir. O ikivalentli anion və birvalentli anion şəklində olur. Böyrək yumaqcıqlarında 3%-dən, 20%-ə qədər fosfatlar filtirasiya olunur. Proksimal kanalcıq epitelisində onun 80%-i reabsorbsiya olunur. Sidikdə fosfatların miqdarı qidada onun konsentrasiyası, yumaqcıq filtirasiyası və kanalcıq reabsorbsiyasından asılıdır. Alimentar fosfat nazik bağırsaqda esterazalar və fosfotazaların təsirindən parçalanır və nazik bağırsağın yuxarı hissəsində kalsium ilə bir yerdə sorulur. Çünki həmin hissədə onun yaxşı həll olması üçün zəif turş mühit vardır.
Kalsium-fosfor mübadiləsi neyro-endokrin sistemin əsas 3 faktoru ilə idarə olunur:
1. Paratiroid hormonu.
2. Tirekaılsitonin.
3. Vitamin D.
Fosfatların reabsoprbsiyasının azalması, qanda onun konsentrasiyasını azaldır və sidikdə isə ekssresiyasını artırır. Bu böyrək kanalcıqlarının zədələnməsinə səbəb olur ki, bu zaman da kalsiumun mübadiləsi pozulur.
Beləliklə qidada fosfatın qıtlığı, orqanizmin susuzlaşması, hipokalsiemiya, paratrioidektoniya fosfatın reabsorbsiyasını gücləndirir və fosfouriyanı azaldır. Qidada fosfatların artıqlığı, hiperparatriodizm, orqanizmin hidrotasiyası, hiperkalsiemiya, qələvi-turşu mübadiləsinin pozulması fosfatınn reabsorbsiyasını azaldır və fosfaturiyanı artırır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Böyrəklərdə fosfat daşları" haqqında müzakirə