Böyrəklərdən maddələrin nəqli

  • Müəllif: redaktr
  • Tarix: 29 yanvar 2017
  • Baxış sayı: 1 916
  • 0 rəy

 Böyrəklərdən maddələrin nəqli
Müasir təsəvvürlərə görə maddələrin böyrək kanalcıqlarından aktiv nəqli daşıyıcıların köməyi ilə baş verir.Belə ki,daşıyıcılar nəql olunan maddələrlə müvəqqəti əlaqə yaradırlar.Daşıyıcılarla daşıyan maddələr arasında yaranan əlaqə sərbəst baş verir,amma bunların ayrılması enerji sərfi hesabına həyata keçirilir.Bu enerji isə kanalcıq epitelisinin bazal membranının daxili səthində zəngin olan ATF hesabına təmin olunur.
Natriumun nəqli
Yumaqcıqlarada filtirasiya olunmuş natriumun 80%-nin nəqli kanalcığın proksimal hissəsində,8-10%-i isə distal hissədə rearbsorbsiya olunur.
Natrium elektrokimyəvi və konsentrasion xassələrinə əsasən kanalcıq mayesindən hüceyrəyə keçir,çünki,hüceyrə daxilində onun qatılığı aşağı olur.Natrium-kalium ötürücüsünün natrium və kaliumundistal kanalcıqlarda nəqlində rolu böyükdür.Çünki,natrium intersistal toxumada daha yüksək konsentrasion xassəsinə qarşı dayanır.
Xlor ionunun nəqli
Ümumi qəbul olunmuş mülahizələrə görə CL natriumun dalınca hərəkət edərək passiv peabsorbsiya olunur,Fizioloji şəraitdə,yaşlı şəxslərdə natrium və xlorun ekskresiyası nisbəti 1:1 nisbətində olur.Proksimal kanallarda xlor ionları hüceyrə vasitəsilə yox,hüceyrəarası sahə vasitəsi ilə nəql olunur.
Kaliumun nəqli
Böyrək yumaqcıqlarında filtirasiya olunmuş kaliumun 90-95%-i proksimal kanalcıqlaredan geri qana sorulur.Kaliumum sorulması aktiv,sekresiyası isə passiv baş verir.
Kalsiumun və maqneziumun nəqli
Sağlam şəxslər sidik ilə gün ərzində 100-300mq kalsium,60-120 qr maqnezium xaric edir.Kalsium və maqnezium kanalcıqlarda ancaq reabsorbsiya olunurlar.Bu ionların reabsorbsiyası aktiv və natriumun nəqli ilə əlaqəyə malik olur.Kalsiumun hüceyrə daxilindən intersistal sahəyə keçməsi aktiv,kalsium ötürücüsü və ATF-in azalmasının iştitakı ilə baş verir.Kalsiumun transportu parathormon və kalsitoninin hormonunun iştirakı ilə baş verir.
Fosfat və sulfatların nəqli
Sağlam şəxslər gün ərzində böyrəklər vasitəsi ilə 400-800 mq qeyri-üzvü fosfor ifraz edir.Fosfor ionları yumaqcıqlarda filtirasiya olunurlar və əsasən proksimal kanalcıqlarda reabsorbsiya edilirlər.İnsanlarda foffat ionlarının sekresiya yolu ilə bədəndən çıxarılması haqda hələlik inandırıcı məlumat əldə edilməmişdir.Fosfatların kanalcıq yolunun tənzim olunmasında əsas rolu proksimal kanalcıqlarda fosfatların sorulmasını azaltmaqla qalxanabənzər vəzin hormonunu artırmaqla boy hormonunun əmələ gəlməsində rol oynayırlar.
Qlükozanın nəqli
Böyrək filtirlərindən keçən qlükozanın tam miqdarı kanalcıqların proksimal seqmentində həyata keçir.Sağlam şəxsin gündəlik sidiyində ancaq 130 mq-a qədər qlükoza tapıla bilər.Qlükozanın sorulması fermentlərin iştirakı,enerjinin sərfi,oksigenin istifadə oluması ilə baş verir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Böyrəklərdən maddələrin nəqli" haqqında müzakirə