Qlokom göz xəstəliyi nədir?

  • Müəllif: sahane
  • Tarix: 4 fevral 2018
  • Baxış sayı: 2 770
  • 0 rəy

Göz təzyiqi adlandırılan qlokom xəstəliyi görmə sinirini zədələyərək korluğa səbəb olur.

İmmunitet.az
xəbər verir ki, türkiyəli oftalmoloq Ümit Beden bu xəstəlikdəki ən böyük risk faktorunun göz içi təzyiqinin artışı olduğunu söyləyib. Onun sözlərinə görə, bütün glokom xəstəlikləri eyni deyil:

“Çox fərqli xəstəlikllər də mövcuddur. Açıq, qapalı qlokom və doğuşdan yaranan bəzi göz inkişaf pozğunluqları nəticəsində yaranan bu növ xəstəlik zaman edillən müayinələr də bir-birindən fərqlənir. Xəstəlikdə zədə, görmə sinirində mövcuddur.

Müayinənin məqsədi də göz təzyiqinin ölçüsünün yanında yerləşən optik sinirlərin təhlilidir. Adətən bu xəstəlik gizli inkişaf edər.

Bu vəziyyətdə görmə zəifliyinin başladığını fərq etməyə bilərsiniz. Bu növ problem zamanı görmə itkisindən başqa əlamət meydana çıxmaz. Xüsusilə 40 yaşdan yuxarı insanlar diqqətli davranmalı və mütəmadi olaraq göz müayinələrini etməlidirlər.

Qeyd edək ki, erkən diaqnoz nə qədər tez olarsa göz xəstəliyinin müalicəsi də bir o qədər tez başlayar. Əvvəlki görmə keyfiyyəti qayıtmaz amma zəifləməyin qarşısı alınar.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Qlokom göz xəstəliyi nədir?" haqqında müzakirə