Görmə qabarının şişləri

  • Müəllif: elnare
  • Tarix: 7 yanvar 2017
  • Baxış sayı: 2 323
  • 0 rəy

Görmə qabarının şişləri.
Görmə qabarının şişləri histoloji quruluşuna görə çox vaxt astrositom və qlioblastomalardır. Xəstəlik görmə siniri qövsündə erkən baş verən durğunluq nəticəsində diffuz baş ağrıları ilə başlanır. Ümumi beyin əlamətlərinin inkişaf sürəti birbaşa şiş toxumasının histoloji quruluşundan asılıdır. Əgər şiş toxuması multiform qlioblastoma şəklində olarsa şişin klinik əlamətləri daha tez inkişaf edir.
Yetişmiş neyroektodermal şişlərdə isə xəstəliyin inkişafı ləng olur və şiş toxuması yavaş inkişaf edir.
Görmə qabarının şişlərinin xüsusiyyətləri spontan ağrı və hiperpatiyaların olmamasıdır. Bu zaman görmə qabarında qansızmalar baş verə bilir. Hətta görmə qabarının şişlərinin böyüməsi zamanı hissiyyat pozulmaları zəif dərəcədə olur.
Bəzən oynaq-əzələ hissiyyatının pozulmaları müşahidə edilə bilir. Bu özünü barmaqlarda psevdoatetoz, bəzən isə “talamik əl” şəklində biruzə verir.
Görmə qabarının şişləri zamanı xəstələrdə psixi pozulmalar müşahidə edilir. Bu zaman aşağıdakılar baş verir:
– şüur pozulur
– psixika itir
– qulaqbatmaları müşahidə edilir
–  adinamiya baş verir
– istiqamətləndirmə hissi pozulur
– zorla gülmək və zorla ağlamaq baş verir.
Görmə qabarının şişlərinin klinik mənzərəsi şişin böyümə istiqamətindən asılı olur. Şiş toxumasının daxili kapsuladan böyüməsi nəticəsində hemiparez, xaricə inkişaf etməsi zamanı isə hemianopsiya baş verir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Görmə qabarının şişləri" haqqında müzakirə