Katarakt

  • Müəllif: admin
  • Tarix: 25 dekabr 2016
  • Baxış sayı: 308 995
  • 0 rəy

Katarakta- göz büllurunun gözün daxilində yerləşən optik linzanın bulanması .

Əksər hallarda karatakta tədricən,qocalığın nəticəsi kimi inkşaf edir. Göz travmaları alanda , şüa və qlukokortikoid terapiyasına məruz qalanlarda , müxtəlif irsi xəstəliklərdə , şəkərli diabetdə katarakda daha tez formalaşır. Anadangəlmə karatakta adətən əgər qadın hamiləlik zamanı müxtəlif infeksiyon xəstəliklər keçirmişdir və ya onların daşıyıcısıdır( məxmərək, herpes , sitomeqalavirus infeksiyası , qızılca, qrip və s.) ,radiasiya təsirinə məruz qalmışdır və güclü təsir edən dərmanlar qəbul etmişdir. Lakin bu xəstəliyin dəqiq səbəbləri indiyənə qədər məlum deyil ,anadangəlmə kataraktası olan uşaqların tamamilə sağlam valideynləri ola bilər. Katarakta bir və ya hər 2 gözdə əmələ gələ bilər.Daha çox karakta travma nəticəsində əmələ gəlməyibsə hər 2 gözdə simmetrik inkişaf edir. Katarakta büllurun bir hissəsini və ya bütövlüklə zədələyə bilər. Səbəbləri Kataraktanın inkişafının əsas risk faktorunu insanın yaşı təşkil edir. 40-50 yaşdan sonra büllurda ilk bulanmalar əmələ gəlir. Son zamanlar daha erkən yaşda bu əlamətlər meydana çıxır. 65 yaşdan sonra əhalinin yarısında büllurun bulanması qeyd olunur,beləki bu zaman görmə pozulmur. Risk faktorlarına eləcədə aiddir: Səkərli diabet,ailə üzvlərində kataraktanın olması, keçmişdə gözün iltihabi xəstəlikləri və ya travmaları,göz əməliyyatları, uzun müddət qlükokortiksteroidlərin istifadəsi ,uzun müddət günəşin altında olmaq və siqaret çəkmək.

Simptomları:

Zədələnmə dərəcəsindən asılı olaraq simptomlara daxildir:

– Əgər gözün biri qapalıdırsa digər gözdə ikiləşmə

– Eynəklə korreksiyaya tabe olmayan gözdə dumanlı, dağınıq təsvirlərin olması.

– Yaxından görmənin meydana çıxması

– Geçə görməsi zamanı gözdə qığılcımların olması

– Rəngli görmənin pozulması

Ağırlaşmaları:

Uzun müddət müalicə olunmasa korluğa gətirib çıxara bilər.  Əgər siz özünüzdə və ya yaxınlarınızda kataraktanın simptomlarını aşkar etmisinizsə mütləq oftalmoloqa müraciət edin.

Kataraktanın müalicəsi medikamentoz və cərrahi yolladır. Medikamentoz müalicə zamanı vitamin damciları təyin olunur. Əsas müalicə metodu -cərrahi yoldur. Cərrahi metod bulanmış bülluru süni büllura dəyişməkdən ibarətdir. Bütün dünyada ən müasir metod ultrasəs fakoemusifikasiya sayılır. 95% xəstələrdə bundan sonra görmə bərpa olunur. Operasiya zamanı cərrah bülluru plastik və ya silikon büllura dəyişir. Müasir zamanda kataraktanın ekstrakapsuliyar ekstraksiyası aparılır. Bu, o deməkdir ki, büllurun kapsulu yerində qalır , onun içinə yeni büllur yerləşdirilir.

Profilaktikası:

65 yaşa qədər olan şəxslər hər 2-4 ildən bir, 65 yaşdan yuxarı şəxslər isə 1-2 ildən bir oftalmoloqda müayinə olunmalıdır. Təəsüf ki, kataraktanın universal profilaktika medikamentoz müalicəsi yoxdur. Siqaterdən imtina etmək, balanslaşdırılmış pəhriz kataraktanın əmələ gəlmə riskini azaldır.

Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Katarakt" haqqında müzakirə