Rozasea xəstəliyi nədir? - 100-dən 3-ü bundan əziyyət çəkir
İmmunitet.az xəbər verir ki,bu barədə türkiyəli mütəxəssis Hülya Sağlam danışıb.
Rozasea dəri xəstəliyidir. Üz nahiyyəsində yaranır. Dermatoloq Hülya Sağlamın sözlərinə görə, stress, soyuq havalar bu xəstəlik riskini artırır. Buna yoluxan insanlar isə ömür boyu özlərinə diqqətlə yanaşmalıdırlar. Çünki üzdə yaranan qızarıqlıq təəssüf ki, tamamilə getmir:
“Ən çox narahat verici əlamətləri üzdə qızarıqlıq, yanma hissi, batma duyğusu, damar ağrısı, sızanağa bənzər səpkilərdir.
Mədə xəstəlikləri, təzyiq üzdə yaranan parazitlərin inkişafı üçün şərait yaradır və infeksiyaya çevrilməsinə səbəb olur.
30-60 yaş arası qadınlarda görünür. Dünyada 100 nəfərdən 3-ü bu xəstəlikdən şikayət edir”.
Həkim, açıq rəngli insanların daha çox yoluxa biləcəyini bildirib. Bəzən qızarıqlıqla birlikdə qaşınma da baş verə bilər.
Müalicəsi isə vəziyyətə uyğun olaraq lazer şüalanma və müalicə preparatları ilə aparılır.
Belə xəstələrin aşağıdakılara diqqət etməsi vacibdir:
İsti içkilər və qidalardan uzaq durmalıdırlar
Spirtli içki və kafeindən istifadə etməməlidirlər
Dərini mütəmadi olaraq nəmləndirin
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Rozasea xəstəliyi nədir? - 100-dən 3-ü bundan əziyyət çəkir" haqqında müzakirə