ASTİQMATİZM
Astiqmatizm – gözün optik sisteminin defekti: gözün şüasındırma quvvəsinin əsas meridianlarda eyni olmaması. Astiqmatizmin əsas səbəbi buynuz qişanin qeyri sferik olmasıdır, yənı ki əsas meridianlarda əyrilik radiuslarının fərqli olmaları. Gözdə iki əsas, bir birinə perpendikulyar meridian var. Bunlardan biri ən güclü şuasındırma qabiliyyətinə malikdi, ikincisi isə ən zəif. Bu meridianların şuasındırma quvvəsində fərq böyük olduğu halda, torlu qişada əşyaların təsviri aydın alınmır. Əksər hallarda astiqmatizm anadan gəlmə olur. Bəzən, o gözdə aparılan əməliyyatlardan və ya buynuz qişanın xəstəliklərindən və travmalarından sonra əmələ gəlir. Həqiqətdə buynuz qişa heç zaman sferik olmur. Adətən, vertikal meridianda əyrilik radiusu horizontal meridiandan daha az olur. Normal (fizioloji) astiqmatizmin miqdarı 0,5-0,75 dioptriyadan çox olmur.
Bu görmə itiliyini zəiflətmir. Maraqlısı ondadır ki, cavan insanlarda buynuz qişanın astiqmatizmi daha böyük olduqda belə, o görməyə təsir etmir. Lakin, presbiopiyanın başlaması ilə, belə gözlərdə astiqmatizm özünü göstərir. Bu onunla izah olunur ki, cavan yaşlarında gözün uyğunlaşdırıcı mexanizmləri bülluru ayrı ayrı meridianlarda qeyri bərabər dartıllar. Yəni, buynuz qişanın astiqmatizminə cavab olaraq büllurun astiqmatizmi yaranır. Illərnən gözün akkomodasiya qabiliyyəti zəifləyir və büllur buynuz qişanın astiqmatizmini kompensasiya etmək bacarığını itirir.
Astiqmatizm anadan gəlmə olduğuna görə görmə sisteminin inkişafdan qalması müşahidə oluna bilər (ambliopiya). Buna görə də korreksiyadan daimi istifadə etmək lazımdır. Astiqmatizmin optik korreksiyasının bütün növlərinin çatmamazlıqları var. Eynəklə korreksiya zamanı məkanın pozulması və meridional anizeykoniya əmələ gəlir. Kontakt linzalarla korreksiyanın problemləri mövcuddur: standart linza yüksək astiqmatizm zamanı buynuz qişada dayanmır (sorucu effekt işləmir).
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"ASTİQMATİZM" haqqında müzakirə