Sarı nöqtə xəstəliyi nədir?
İmmunitet.az xəbər verir ki, Türkiyənin Düzcə Universitetinin Səhiyyə Tətbiq və Araşdırma Mərkəzi Göz Xəstəlikləri bölməsinin sədri, professor həkim Murad Qaya xəstəlik barədə açıqlamalar edib. Onun sözlərinə görə, gözün, görməni təmin edən qisminin pozulması ilə meydana çıxan bu xəstəlik adətən 55 yaşdan sonra daha çox təsadüf edilir. Toksik maddəyə daha çox məruz qalan insanlarda isə daha erkən yaşlarda görülə bilər. Yaşlılıq xəstəliyi olaraq da adlandırılan sarı nöqtə problemi xroniki xarakter daşıyır və gizli olaraq irəliləyir.
Həkim xəstəliyin növlərindən də bəhs edib:
“Bu xəstəlik bir və ya iki gözdə də yarana bilər. Quru və yaş olaraq iki tipə ayrılır.
Rəngləri solğun, bulanıq, düzgün xətləri dalğalı görmək yaş formasının əsas əlamətləridir.
Rənglərin az parlaq olması, dumanlı görmək isə quru tip formasının göstəricilərindəndir".
Mütəxəssis, müalicə ilə xəstəlikdən xilas olmağın mümkün olduğunu, adətən müalicələrin 1-3 il davam etdiyini qeyd edib.
Qeyd edək ki, bu xəstəlik gec anlaşıldığı zaman edilən müalicələrin effekti olmur.
“Əgər ciddi yanaşılmassa görmə qabiliyyəti tamamilə itə bilər. Damarlar qurusa, yad mayelər toplusu yaranarsa, belə xəstələrə nə etsək də fayda verməyə bilər”,-deyə Qaya vurğulayıb.
Bunun üçün həkim, tez-tez göz müayinələrə getməyin vacibliyini vurğulayıb:
“Ev şəraitində də görməni yoxlamaq mümkündür. İnsanlar öncə bir, sonra isə digər gözünü bağlayaraq test edə bilərlər. Həm uzaq, həm də yaxın üçün bunu yoxlasınlar. Əgər görmə zəifliyi varsa, düz xətt formasında çəpləşmələr yaranarsa bu, xəstəliyin ilkin əlaməti ola bilər. Bu zaman dərhal oftalmoloqa müraciət etməlidirlər”.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Sarı nöqtə xəstəliyi nədir?" haqqında müzakirə