Bir çox xəstəliklərin dərmanı qoz

  • Müəllif: elnare
  • Tarix: 12 yanvar 2017
  • Baxış sayı: 4 095
  • 0 rəy

Bir çox xəstəliklərin dərmanı qoz.
Günümüzdə qozdan bir çox sahələrdə istifadə olunur. Biz daima qoza bir qida vasitəsi kimi baxmışıq. Əslində qoz ən çox vitamin və minerallarla gəngin olan bir qida vasitəsidir. Amma onun tibb sahəsində də bir çox faydaları olduğunu yəqin ki, çoxları düşünmür. Qozun orqanizm üçün aşağıdakı faydaları var:
* Qoz insanı tox tutmaqla yanaşı orqanizmi bir çox vitaminlərlə təmin edə bilir.
* Qoz qanda xolesterolun miqdarını salmaq qabiliyyətinə malikdir.
* Tərkibində olan yod sayəsində qalxanvari vəzin işini asanlaşdırır.
* Qoz metobolizmi normallaşdıraraq, bağırsaq fəaliyyətini sürətləndirir.
* Qoz cinsi fəaliyyəti artıran meyvələrin siyahısında birinci yerdə durur.
Orqanizminin sağlam olmasını istəyən bir çox insan gündəlik qida rasionuna qoz əlavə edir. Hər gün qoz yeyən adamlar bunu da bilməlidirlər ki, digər meyvələr kimi qozun da kalori dəyəri var. Ondan çox miqdarda qəbul edən şəxas istəməyərəkdən çəkisinin artmasına səbəb ola bilər. Buna görə də o, yediyi qozun növünə və kalorisinə bələd olmalıdır.
Adi qoz.
Adi qoz dadına görə ən çox sevilən qozdur. Onun kalori dəyəri çoz aşağıdır. Belə ki, 20 qram sütül qozda 200 kalori var.
Qovrulmuş qoz.
Qovrulmuş qoz kalori baxımından ən zəngin kalorili qoz hesab edilir. Bu qoz asanlıqla çəkinin artmasına səbəb olur.
Qoz yağı.
Qoz yağı bir çox xəstəliklərə qarşı orqanizmin müqavimətinin artmasına kömək edir. Bir qozdan alınan yağın içərisində 880 kalori var.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Bir çox xəstəliklərin dərmanı qoz" haqqında müzakirə