Cinsi fəaliyyəti artıran bitkilər

  • Müəllif: admin1
  • Tarix: 27 dekabr 2016
  • Baxış sayı: 7 644
  • 0 rəy

Darçın.
İştah açıcı, sinirləri sakitləşdirən ,qazçıxarıcı və antiseptik təsiri vardır. Orqanizmi isitmək qabiliyyətinə malikdir. Cinsi fəaliyyəti artırır.
Zəncəfil.
Yüz illər boyu duyğuları hərəkətə gətirəcək bütün şərbətlərin içərisinə zəncəfil qoyulub. Zəncəfilin insanın hisslərini coşdurmaq qabiliyyətinə malik olduğu üçün qədimdə uşaq sahibi olmayanlara müalicə məqsədilə verilib. Balla qarışdırılıb yeyildikdə cinsi həvəsi artırır.
Cəfəri.
Yeməklərə ləzzət qatan cəfəri hər gün qida rasionuna daxil edilərsə, cinsi həyata da ləzzət qatar.
Razyana.
Gün ərzində bir çimdik razyana toxumu yemək cinsi həvəsi artırır. Razyananın toxumlarından dəmlənən çay da eyni təsirə malikdir.
Kəklikotu.
Kəklikotu dəmləməsi kişilərdə cinsi həvəsin artmasına, spermanın hərəktliliyini sürətlənməsinə səbəb olur.
Mixək.
Mixək yorğunluğu aradan qaldırır, əsəbləri sakitləşdirir və cinsi fəaliyyəti artırır.
Xardal.
Xardal cinsiyyət orqanlarının fəaliyyətini artırır.
Arı südü, xaşxaş toxumu, yasmin də kişilərdə cinsi fəaliyyəti artıran və spermanın hərəkətliliyini sürətləndirən bitkilərdən hesab edilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Cinsi fəaliyyəti artıran bitkilər" haqqında müzakirə