Kətan toxumu Omeqa3 qaynağıdır

  • Müəllif: elnare
  • Tarix: 11 yanvar 2017
  • Baxış sayı: 5 138
  • 0 rəy

Kətan toxumu Omeqa3 qaynağıdır.
İnsanların sağlam yaşaması üçün orqanizmə lazım olan təbii vitamin, mineral, yağ, karbohidrat, protein, zülal və bəzi maddələrə ehtiyacı var. Biz bütün bunları qəbul etdiyimiz qida vasitələri, meyvə və tərəvəzlər ilə ala bilirik. Amma orqanizm üçün ən çox vacib sayılan Omeqa3 yağı hət bir qidanın tərkibində olmur. Bu yağ orqanizm tərəfindən əmələ gəlmir. Omeqa3 bəzi qida vasitələrinin tərkibində az miqdar, ən çox isə kətan toxumunun tərkibində olur.
Kətan toxumu tərkibində olan bu yağa görə ən qiymətli qida vasitələrindən hesab edilir. Omeqa3 yağının öz xüsusi keyfiyyətləri ilə bir-çox xəstəliklərin müalicə və profilaktikasında rolu böyükdür. Təbii sağlam qida vasitəsi olan kətan toxumunun orqanizmə aşağıdakı faydaları var:
– Mədə-bağırsaq sistemi problemlərini həll edir.
– Bağırsaqları yumşaldır, qəbizliyi sağaldır.
– Sümük sistemini möhkəmləndirir.
– İmmuniteti möhkəmləndirir.
– Klimakteriya zamanı sümük əriməsinin qarşısını alır.
– Ürək-damar sistemi xəstəliklərini aradan qaldırır.
– Klimakteriya əlamətlərini azaldır.
– Qanda xolesterolun miqdarını azaldır.
– Kətan toxumu arterial təzyiqi aşağı salır.
– Sinir sistemini gücləndirir.
– Kətan toxumu yaddaşı gücləndirir.
– Revmatizma xəstəliyinin qarşısını alır.
– Qanda şəkərin normada qalmasını təmin edir.
– Diqqət pozğunluqlarını aradan qaldırır.
– Kətan yağını dəriyə sürtdükdə dəri xəstəliklərinin və yaraların sağalmasına yardım edir.
– Ruhi pozğunluqların sağalmasına yardım edir.
– Öskürəyi azaldır.
– Ağız boşluğu, boğaz və diş əti xəstəliklərinin tez sağalmasını təmin edir.
– Cinsi fəaliyyəti artırır, poostat xəstəlikləri zamanı faydası böyükdür.
– Uzun müddət kətan toxumu yağını qəbul edən öddaşı xəstələrində daşların əriyib tökülməsi dəfələrlə öz təsdiqini tapmışdır.
Aparılan araşdırmalar kətan toxumu yağının ürək xəstəlikləri riskini azaltdığı məlum olmuşdur. Kətan toxumu yağı dərini xarici faktorlar səbəbindən əmələ gələn xəstəliklərdən qorumaq qabiliyyətinə malikdir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Kətan toxumu Omeqa3 qaynağıdır" haqqında müzakirə