Yeniyetmələrdə fiziki və psixoloji dəyişikliklər
Yeniyetməlik dövrü qız və oğlanın yetkinləşmə dövrü sayılır. Bu dövrdə yeniyetmələr həm fiziki, həm də psixoloji dəyişikliklərə məruz qalırlar. Bu dövr təbii keçid dövrü sayılsa da gənclərin bəzilərində valideyinləri və ətrafdakılarla müəyyən problemlər meydana çıxır.
Bəs yeniyetməlik dövrünün yetişdiyini nədən bilmək olar?
Yeniyetməlik dövründə qızlarda aşağıdakı fiziki dəyişikliklər meydana çıxır:
– döşlər böyüyür
– qoltuq altında və qasıqda tüklər əmələ gəlir
– boy uzanır
– uşaqlıq yolunda axıntı olur
– dəri yağlanır
– üzdə qara nöqtələr və sızanaqlar meydana çıxır
– çanaq sümükləri enlənir
– aybaşı baş verir.
Yeniyetməlik dövründə oğlanlarda aşağıdakı fiziki dəyişikliklər baş verir:
– xayalar böyüyür
– qasıq tüklənir
– səs tonları qalınlaşır
– bığ və saqqal çıxır
– əl və ayaq böyüyür
– boy uzanır
– dəri yağlanır
– üzdə sızanaqlar meydana gəlir
– sümüklər böyüyür
– cinsi sərtləşmə və boşalma olur.
Yeniyetməlik dövründə qız və oğlanlarda aşağıdakı psixoloji dəyişikliklər meydana çıxır:
– həyatdan küsmə
– valideyinlərlə fikir ayrılığı
– hiddət və kobudluq
– duyğusallıq və həssaslıq
– sərbəst olma istəyi
– özünə güvənməmək və qarşısındakını hər şeydə günahkar bilmək
– zərərli vərdişlərə maraq
– xarici görünüşünə diqqət yetirmək
– bəyənilmə istəyi.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Yeniyetmələrdə fiziki və psixoloji dəyişikliklər" haqqında müzakirə