Siflis

  • Müəllif: admin
  • Tarix: 25 dekabr 2016
  • Baxış sayı: 165 921
  • 0 rəy

 Siflis cinsi yolla yoluxan, zöhrəvi xəstəlikdir. Xəstəliyin əmələ gəlməsində Treponema pallidum törədiciləri rol oynayır. Xəstəlik gizli gedişə malik olub tədricən inkişaf edir. Uzun müddət davam edərsə, sinir sisteminin və daxili orqanların zədələnməsinə gətirib çıxara bilir.
Xəstəlik əsasən cinsi yolla yoluxur. Cinsiyyət orqanında siflis xəstəliyi olan şəxs xəstəliyin birincili yoluxdurucusu sayılır. Bundan başqa siflis xəstə hamilə anadan bətndə daşıdığı körpəyə də yoluxa bilir. Məişət alətləri ilə yoluxma halları təsadüfən baş verir (unitaz və s.). Çünki xəstəlik törədən mikroblar insan orqanizmindən kənarda məhv olurlar. Xəstəliyin 3 dövrü müəyyən edilmişdir:
- birinci
- ikinci
- ücüncü.
Xəstəliyin birinci dövrü gizli dövrüdür. Bu 2-6 həftə olur. Simptomları müxtəlif olub xəstəliyin dərəcəsindən asılıdır. Xəstəlik gizli dövrünü başa vurduqda yoluxmuş yerlərdə yaralar şəklində meydana çıxır.
Xəstəliyin ikinci dövrü yaraların meydana gəlməsindən 4-10 həftə sonra başlayır. Bu dövr bədəndə solğun simmetrik səpgilərlə özünü göstərir. Səpgilər təkcə ovucun içində və ayağın altında olmur. Səpgilərlə birgə xəstədə baş ağrıları, narahatlıq hissi, temperaturun qalxması müşahidə edilir. Xəstələrin bütün limfa düyünləri böyüyür, saçları tökülməyə başlayır.
Xəstəliyin ücüncü dövrü infeksiyanın yoluxmasından uzun illər sonra başlayan dövürdür. Bu zaman xəstənin sinir sistemi, sümük sistemi və daxili orqanları zədələnmiş olur. Hamiləlik dövründə ana siflisə yoluxmuşsa, doğulan uşaq da siflis xəstəsi olur.
DİAQNOZU:  Diaqnozunda qanın analizi mühüm rol oynayır.
MÜALİCƏSİ: Müalicəsi xəstəliyə uyğun və kompleks şəkildə aparılır. Xəstəyə antibiotoklər, immunoterapiya, müqavimət artırıcı dərmanlar təyin olunur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Siflis" haqqında müzakirə