Uşaqlarda depressiya

  • Müəllif: elnare
  • Tarix: 13 yanvar 2017
  • Baxış sayı: 2 299
  • 0 rəy

 Uşaqlarda depressiya.
Depressiya psixoloji sindromdur. Depressiya zamanı insanlarda əhval-ruhiyyənin aşağı düşməsi, fiziki və pisixi aktivliyin azalması baş verir. Depressiyanın əmələ gəlməsinə emosional şok, qəfil kədər, psixomator funksiyanın pozulması və s. səbəb ola bilir.
Depressiya uşaqlar və yeniyetmələr arasında da baş verə bilir. Bu onlarda ciddi problemlərin əmələ gəlməsinə səbəb ola bilir.
Uşaqlarda və yeniyetmələrdə depressiya aşağıdakı əlamətlərlə özünü biruzə verir:
* tənhalığa meyillik
* psixomator tormozlanma
* gərginlik
* əsəbilik
* tez-tez ağlama
* iştahanın itməsi
* ətrafdakılarla yola getməmək
* aqressivlik.
Yuxarıda sadalananların uzun müddət davam etməsi, uşaqlarda və yeniyetmələrdə yuxunun və ürək ritminin pozulmasına, vaxtaşırı temperaturun qalxmasına, ürəkbulanmaların baş verməsinə səbəb ola bilir. Belə uşaqlar öz ailələrinə isnişə bilmir, ona elə gəlir ki, evdə onu kimsə sevmir.
Depressiyalı uşaqlarda daima qorxu, həyəcan və gərginlik hissi olur. Uşaq və yeniyetmələrdə aşağıdakı hallarda depressiya baş verir:
* valideyinlərdən birini və ya hər ikisini itirdikdə
* dostundan ayrıldıqda
* yeni məktəbə adaptasiya ola bilmədikdə
* alkohol və ya narkotiklərdən istifadə edtikdə.
Yuxarıdakı əlamətlər olduğu zaman hər bir valideyindən övladına qarşı diqqətli olmaq və həkimə müraciət etmək tələb olunur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Uşaqlarda depressiya" haqqında müzakirə