Osteosarkoma
Osteosarkoma sümüklərin uzanmağa başladığı bir dövrdə yeniyetmələrdə əmələ gələn xərçəng xəstəliyidir.Xəstəlik yeniyetməlik dövründə meydana çıxır.Osteosarkoma üçün orta yaş həddi 15 yaş hesab edilir.
Osteosarkoma 13 yaşına qədər olan oğlan və qızlarda eyni simptomlarla özünü göstərir.13 yaşdan sonra osteosarkomanın inkişafı kişi və qadın tipli böyüyür.Araşdırmalar osteosarkomalı yeniyetmələrin boyunun normal uşaqların boyunun uzunluğundan artıq olduğunu göstərir.Belə ki,osteosarkomalı adamların boyu normadan uzun olur.Xəstəlik bədxassəli xarakterə malikdir.Bəzi hallarda bu xəstəliyə iri it cinslərində də rast gəlinir.
Osteosarkoma lülə sümüklərində lokallaşır.Onun metastazı
sümüklərin normadan artıq uzanmasıdır.Xəstəlik bud,kürək ,bir sözlə istənilən sümükdə inkişaf edə bilir.
Xəstəlik genetik xarakter daşıyır.Osteosarkoma xəstə geni daşıyan adamlarda əmələ gəlinir,ailəvi xarakter daşıyır.
Ostesarkoma sümüklərin birincili bədxassəli şiş xəstəliyi hesab olunur.Xəstəlik onurğa beyin kanalından iri sümüklərə keçir,kortikal qatın yumşaq toxumasını zədələyir.Şiş toxuması onurğabeyin kanalına da yayıla bilir.Bu zaman zədələnmiş nahiyə qığırdaq və ya fibrosarkoma toxumadan ibarət olur.
Xəstəliyin ilkin əlamətləri sümüklərdə meydana çıxan ağrılardır.Xəstə və onun yaxınları ağrının travmalar səbəbindən meydana gəldiyini düşünürlər.Ağrılar artdıqca hərəkətlər çətinləşməyə başlayır.Əllənən zaman sümüklərdə şiş toxumaları ələ dəyir.Şiş toxumasının inkişaf etdiyi yerdə hərəkət çətinləşdikcə xəstə axsamağa başlayır.Xəstəlik irəlilədikcə metastaz sümüklərdən başqa limfa düyünlərinə yayılır və mərkəzi sinir sistemini korlayır.
Xəstəliyə diaqnoz qoymaq üçün rentgenoqrafiyanın nəticələri əsas götürülür.Müalicə onkoloqlar tərəfindən sxemlə aparılır,xəstəyə kimya terapiyası məsləhət görülür.Lazım gələrsə xəstə nahiyə amputasiya olunur və xəstəyə protez qoyulur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Osteosarkoma" haqqında müzakirə