Cinsi istəksizliyin səbəbi və müalicəsi

  • Müəllif: sahane
  • Tarix: 31 yanvar 2018
  • Baxış sayı: 8 364
  • 0 rəy

Bir çox ailə münasibətlərində cinsi istəksizlik problemlərə yol açır.

İmmunitet.az xəbər verir ki, türkiyəli ginekoloq Mine Tüzel, insanların əhvalına mühüm dərəcədə təsir göstərən cinsi problemin müalicə edilə bildiyini qeyd edib. Həkim xəstəlik barədə məlumatlar verib:

Cinsi istəksizlik, bu sahədə yaranan problemlər 4 qrupa bölünür.

Cinsi meylliliyin az  olmasının səbəbi psixoloji, genetik, şəxsi düşüncə vəs faktorlar ola bilər. Təbii səbəblər sırasında damar xəstəlikləri, yüksək təzyiq, şəkər, xroniki xətəliklər, dərmanlardan istifadə (əks təsirlər), spirtli içkilərdən istifadə və s faktorlar dayanır. Adətən əsas səbəbin təməlində psixoloji və təbii hal sayılan problemlər dayanır”.

Mütəxəssis, bu problemin dərmanla müalicəsinin olduğunu vurğulayıb. Həkim, evlilikdə cütlüklərin münasibətlərini, yaxınlaşmalarına mənfi təsir göstərən hormonal dəyişikliklərə də toxunub. Onun sözlərinə görə, klimaks dövründə qadınlarda baş verən hormonal dəyişikliklər cinsi istəksizlik yarada bilir:

“Bunun müxtəli müalicəvi üsulları var. Həkim tərəfindən müayinə edildikdən sonra dəqiq müalicə resepti yazıla bilər”.

Ginekoloq əlavə edərək qeyd edib ki, belə xəstələrdə ilk olaraq cinsi istəksizliyin psixoloji və ya fiziki olduğu ayırd edilir. Daha sonra isə psixoloji söhbət, dərmanla, cinsi müalicələr, əməliyyatlar dəqiqləşdirilə bilər.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Cinsi istəksizliyin səbəbi və müalicəsi" haqqında müzakirə