Zəncəfilli şərbət.

  • Müəllif: elnare
  • Tarix: 28 yanvar 2017
  • Baxış sayı: 3 025
  • 0 rəy

Lazım olanlar:
* nazik dilimlənmiş zəncəfil - 2 xörək qaşığı
* şəkər tozu - 1 stəkan
* quru maya - 1/4 çay qaşığı
* limon şirəsi - sıxılmaq üçün 1 limon
* qaynar su 2 litr.
Hazırlanma qaydası:
3 litrlik balona qaynar su tökülür. Xırda doğranmış zəncəfil qaynar suya tökülür və limon sıxılır. Sonra balona 1 stəkan şəkər tozu və maya əlavə edilir. Sonra balonun qapağı örtülüb yaxşı qarışdırılır. Balon 2 gün müddətində qaranlıq yerdə saxlanılır. İçki hazır olduqda süzülür və soyuducuya qoyulur.
Zəncəfil içkisi süfrələrə qədəhlərdə təqdim edilir.
Nuş olsun!
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Zəncəfilli şərbət." haqqında müzakirə