Qışa tədarük – Marinadlaşdırılmış xiyar turşusu

  • Müəllif: elnare
  • Tarix: 15 yanvar 2017
  • Baxış sayı: 3 319
  • 0 rəy

Qışa tədarük – Marinadlaşdırılmış xiyar turşusu.
Lazım olanlar:
– 4 kq körpə xiyar
– 1 dəstə cəfəri
– 1 stəkan günəbaxan yağı
– 1 stəkan 9%-li uksus
– 80 qram duz
– 1 stəkan şəkər tozu
– 1 çay qaşığı qara istiot
– 1 diş sarımsaq.
1. Xiyarlar yuyulub qurudulur, hər iki ucundan azca kəsilir.
2. Xiyarlar əvvəlcə eninə 2 hissəyə, sonra isə uzununa 4 hissəyə doğranır.
3. Cəfəri təmizlənir, yuyulur, suyu süzülür. Doğranıb xiyarlarıın üstünə yığılır.
4. Şirli qaba yağ, uksus, çəkər tozu, istiot və duz tökülüb (100 qramlıq səkandan 1 barmaq aşağı), xiyar və cəfəri qaba əlavə edilir.
5. Sarımsaq xırda döğranır, qabdakı xiyarın üstünə tökülür.
6. 6-7 saat xiyar marinadın içərisində qalır və arada bir qarışdırılır ki, marinad bütün xiyarlara bulaşsın. Bu müddət ərzində xiyarın suyu çıxır və marinad xiyarın canına hopur.
Marinadlaşmış xiyarlar əvvəlcədən yuyulub qurudulmuş bankalara yığılır və 20-25 dəqiqə sterlizasiya edilir.
4 kq xiyardan təxminən 9 banka xiyar turşusu hazırlamaq olur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Qışa tədarük – Marinadlaşdırılmış xiyar turşusu" haqqında müzakirə