90 ildən çox yaşamanın sirri açıqlandı
Çox süd içmənin, vitamin qəbul etmənin orqanizmə zərəri var deyə düşünənlər orqanizmi hansı vasitələrlə sağlam saxlamaq mümkün olduğunu deyə bilmirlər. İnsanın uzun və sağlam yaşamasının sirri barədə elm adamları çox düşünmüş və bunun ağıl və bədənin gücü sayəsində əldə etmək mümkün olduğunu qeyd etmişlər. Bu barədə müşahidə aparan mütəxəssislərin fikirləri aşağıdakılardan ibarətdir.
1. Ətin və südün miqdarını azaltmaq və faydalı qidalar qəbul etmək
Orqanizmin aktiv, gümrah və güclü olması maddələr mübadiləsinin fəaliyyətindən asılı olaraq dəyişir. 25 yaşa kimi orqanizmdə maddələr mübadiləsi sürətli gedir. Bu yaş dövründən sonra orqanizmdə baş verən müxtəlif səbəblərdən mübadilə prosesi zəifləyir, amma bu zaman biz özümüzü gənc və gümrah hiss edirik. 35-40 yaşlarında isə ümumi halımız zəifləyir. Bu səbəbdən də mütəxəsisslər həftədə 2 dəfədən çox ət və qızardılmış qidalar yeməyi məsləhət bilmirlər. Çünki kanserogen maddələr orqanizmi zəiflədir.
Bu yaş dövründə həkimlər lazım olmadıqca dərman qəbul etməməyi, spirtli içkilərdən uzaq durmağı tövsiyə edirlər. Mütəxəssislər bu yaş dövründə süd qəbulunun da miqdarının azaldılmasını məsləhət bilirlər. Onların fikrincə ən çox şüyüd, cəfəri, kahıdan istifadə etməlidirlər. Çünki bu göyərtilərin tərkibində çoxlu K vitamini var. Bunlardan başqa immuniteti yüksəldən qidalardan istifadə etmək lazımdır. Bu qidalara qara istiot, sarıkök, darçın, zəncəfil və s. aiddir.
2. Yaşa uyğun olan vitaminlər qəbul etmək
40 yaşdan yuxarı adamlara orqanizmin yaş dövrünə uyğun olan vitaminlər qəbul eləmək lazımdır. Bu vitaminlərə B qrup vitaminlər A, C və D vitaminləri qəbul etmək lazımdır. Bu vitaminlər orqanizmdən stresi, artıq zehni yüklənməni azaldır və immun sistemi yüksəldir. D vitamini isə orqanizmin kalsiuma olan ehtiyacını ödəyir.
Orqanizmin vitamin balansını təbii yollarla ödəmək üçün 40 yaşından yuxarı olan adamlara bol ispanaq, yaşıl noxud, balqabaq, kələm və qaraciyər kimi bol vitaminli qidalar qəbul etmək məsləhət görülür. Lobya, nar, qarabaşaq, limon, düyü kimi qidalar da bu yaş dövründə orqanizm üçün faydalı hesab edilir.
3. Xəstəliklərin qarşısını almaq
Uzun ömür sürmənin səbəblərini araşdıran mütəxəssislər çox yaşamaq üçün xəstəliklərin baş verməməsi üçün bir sıra tədbirlərin alınmasını məsləhət görürlər. Onlar 40 yaşdan yuxarı olan adamların ildə ən azı 1 dəfə həkim müayinəsindən keçməyini tövsiyə edirlər. Bu onlarda əmələ gələ biləcək xəstəliklərin qarşısını alır.
4. Öyrənmək
Alman neyrofizioloqu Herxard Dinke 40 yaşdan sonra insan beynində informasiya qəbulunun azalmasını nəzərə alaraq eksperiment keçirmiş və aşağıdakı nəticəyə gəlmişdir. Onun araşdırmaları insan beyninin inkişafının insanın öz əlində olduğunu sübut etmişdir. Dinke sübut etmişdir ki, yaşlaşdıqca elm öyrənən, xarici dil öyrənməyə çalışan və çoxlu informasiya qəbul edən adamın beyin hüceyrələri gec ölür. Belə adamlarda Alsheymer xəstəliyi nadir hallarda baş verir və onların yaddaş problemləri az olur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"90 ildən çox yaşamanın sirri açıqlandı" haqqında müzakirə