Dermatomiozit
Dermatomiozit qadınlarda tez-tez rast gəlinən dəri xəstəliyidir. Xəstəlik özünü aşağıdakı əlamətlərlə biruzə verir:
– paraorbital ödem
– tünd bənövşəyi eritema
– ovucun kapiliyariti
– proqressif əzələ zəifliyi
– əzələ zədələnməsi.
Dermatomiazit zamanı xəstələrdə ümumi əlamətlər də baş verir ki, bu da subfebril hərarət, bədən çəkisinin azalması və dəri örtüyündə trofik dəyişikliklərin baş verməsi ilə müşahidə edilir.
Dermatomiozit zamanı böyrəklərdə də müxtəlif zədələnmələr baş verir. Bunlar aşağıdakılardır:
– diffuz qlomerulonefrit
– kəskin qlomerulonefrit
– hipertenzion sindrom
– böyrək çatışmazlığı.
Xəstələrin 30%-də dermatomiozit latent nefrit xəstəliyi əlamətləri verir. Bu zaman xəstələrdə keçici proteinuriya, mikrohematuriya, slindruriya müşahidə olunur. Kəskin və yarımkəskin gedişdə xəstəlik baş verərsə, vaskulit inkişaf edir, renovaskulyar dəyişikliklər meydana çıxır. Bunlara hipertenziya və retinopatiya aiddir.
Dermatomiozitdə sidik sindromu bəzən mioqlobinuriya nəticəsində baş verir. Bu zaman sidik tünd-qəhvəyi rəngdə olur. Bəzən müasir aktiv terapiyadan da böyrəklərin zədələnməsi baş verə bilir.
Xəstəliyə diaqnozun qoyulması çətinlik törətmir.
Dermatoniazitim müalicəsi kortikosteroidlər, sdandart terapevtik doza qyukokortikortikoiddən ibarət olur. 4 həftə ərzində müalicə olunmadıqda preparatın dozası artırılır, 2-3 ay və daha çox qəbul edilir. Müsbət effekt olmadıqda 4-6 həftə sonta dərmanın dozası azaldılır. Xəstəliyin remissiya dövründə kortikosteroidlər tam kəsilir. Amma bu zaman neyromiopatiya baş verə bilir ki, bu da preparatların həmən kəsilməsinə göstərişdir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Dermatomiozit" haqqında müzakirə