Kəskin diffuz qlomerulonefrit

  • Müəllif: redaktr
  • Tarix: 12 fevral 2017
  • Baxış sayı: 3 850
  • 0 rəy

 Kəskin diffuz qlomerulonefrit
Xəstəliyə kişilər arasında daha çox rast gəlinir.Əsasən 40 yaşına qədər adamlar arasında baş verir.
Kəskin diffuz qlomerulonefrit adətən streptokokların törətdiyi kəskin infeksion xəstəliklərdən sonra əmələ gəlir Bu xəstəliyə aşağıdakılar aiddir:
* angina
* tonzillit
* skarlatina
* bakterial endoartrit
* revmatizm
* kəskin respirator virus xəstəlikləri
* pnevmoniya
* otit
* dərinin stafilokok mənşəli xəstəlikləri
Xəstəliyin simptomları əmələ gəldiyi vaxtdan 1-3 həftə latent dövr keçir.Xəstəlik zamanı böyrək kapilyarlarının divarında dəyişikliklər baş verir və onların keçiriciliyi artır.Eyni zamanda depozitlər olan yerə neyrofillər axışır,onların lizosimal fermentləri endotelin,əsas zarı və episitləri zədələyir,onları bir-birindən ayırır.Nəticədə endotelin makrofaqal reaksiyası hesabına hüceyrələrin poliferasiyası baş verir ki,bu da bədəndən immun cisimciklərin eliminasiyasına səbəb olur.Bu proses səmərəli baş verərsə xəstəlikdən sağalma baş verir.Başqa halda xəstəlik xroniki hala keçir və sağalmır.
Xəstəlik zamanı böyrəklərin ölçüsü normal,yaxud ödem nəticəsində azacıq şişmiş olur.Böyrək yumaqcıqları böyüyür,hiperemiyalaşır,sonralar isə yumaqcıqların işemiyası,fibrinoid şişkinliyi qansızmalar,kapilyar ilgəklərinin trombozu baş verir.Xroniki diffuz qlomerulonefrit zamanı patoloji dəyişikliklər hər iki böyrəkdə baş verir.
Xəstəlik özünü aşağıdakı simptomlarla biruzə verir:
* ümumi zəiflik
* baş ağrıları
* sidiyin ət suyu rəngdə olması
* tez-tez ağrılı sidik ifrazı
* bel nahiyədə ağrı
* təngnəfəslik
* bədən çəkisinin artması
* diurezin azalması
* ödem
* arterial təzyiqin olması
Xəstəlik zamanı sidiyin müayinəsində sidikdə proteinouriya,slindruriya,makrohematuriya əlamətləri meydana çıxır.Xəstəlik üçün hematuriya daimi xarater daşıyır.
Diaqnoz qoymaq üçün qanın və sidiyin ümumi,biokimyəvi analizlərinin nəticələri əsas götürülür.
Kəskin diffuz qlomerulonefritin ağırlaşmaları ürək çatışmazlığı,eklampsiya,kəskin böyrək çatışmazlığı ilə nəticələnir.
Müalicə stasionar şəraitində aparılır.Xəstəyə duzlu,ədviyyatlı,kəskin qidalardan uzaq durmaq tapşırılır,kalium duzları ilə zəngin qidalar yemək tövsiyə edilir.Xəstənin qəbul etdiyi mayenin miqdarı azaldılır,duzsuz qidalar verilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Kəskin diffuz qlomerulonefrit" haqqında müzakirə